Yaqut Qarayeva: “Coronavac”ın effektiv olmaması ilə bağlı fikir yanlışdır"

“Sinovac” şirkətinin “Coronavac” vaksini çox effektiv vaksindir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, Azərbaycanda kütləvi şəkildə bu vaksindən istifadə olunur: “Azərbaycanda olan digər vaksinlərlə bağlı məlumat var. Amma “Coronavac” effektiv olmadığı üçün 3-cü doza “Pfizer” vaksini vurdurulması ilə bağlı fikir yanlışdır. Şəxsən mən 3-cü doza “Coronavac” vaksini vurdurmuşam. Bu, mənim seçimimdir. Bir çıx tibb işçiləri “Pfizer” vaksini vurdurub. Bu, seçimdir və seçim sərbəstdir”.