Azərbaycanda son sutka: 1 477 yoluxan, 21 ölən

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 477 yeni yoluxma faktı qeydə alınıb, 628 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Sherg.az”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.