Koronavirusun müalicə dərmanı tapıldı

Qiyməti 4 dollar müəyyənləşib

“Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, yeni yaradılan dərman preparatı koronavirusa yaxalanma zamanı ölüm riskini 32 faiz azaldır. Preparat ABŞ-da düzəldilib. Bu, “Fluvoksamin” adı verilmiş antidepressiv həblərdir. Preparatla bağlı təcrübə Braziliyada təqribən 500 xəstə üzərində aparılıb. Təcrübələr göstərib ki, şiddətli COVİD-19 yoluxması yaşayan xəstələr arasında bu preparat müalicə müddətini azaldır, ölüm riskini də aşağı salır. 

Bu həblər tibdə “sitokin fırtınası” (“Sitokin fırtınası”  nədir? Sitokin immunsistemin zədələnməsi zamanı infeksiyaya təpki göstərən hüceyrə qrupudur. Bu hüceyrələr problem yaranan yerə çatmaq üçün çarpışır, orqanizmi yad istilaçıya qarşı qorunmaq məqsədilə daha çox qoruyucu hüceyrə göndərməyə tətikləyir) adlanan gərginliyi və həmçinin qanın qatılaşma faizini azaldır. Yeni preparata səhiyyə orqanları tərəfindən müsbət rəy veriləcəyi halda, COVİD xəstələrinin müalicəsində ucuz, lakin effektiv vasitə əldə edilmiş olacaq. 

Dərmanın qiyməti 4 dollar müəyyənləşib. Vaşinqton Universitetinin psixiatriya üzrə dosenti, doktor Angela Raysen, bu dərmanın iltihablanmanı da azalda biləcəyi fikrini irəli sürüb. 

A.Raysen “Fluvoksamin, koronavirus infeksiyası tərəfindən gücləndirilən sitokin adlı iltihab molekullarının əmələ gəlməsinin qarşısını alır.

 Həmçinin, COVİD-19 infeksiyası zamanı qanda əmələgəlmə riski böyük olan qatılaşmanın təsirini artıran qan trombositlərinin miqdarını da  azalda bilir. 

Koronavirusdan müalicə olunan xəstələrə bu həblərdən verilib. Mütləq risklərdə 5 faiz, ehtimal olunan risklərdə isə 32 faiz azalma müşahidə edilib. 

Yeni dərmanın ucuz qiyməti isə yaxın zamanda ondan dünya əhalisinin istifadə edə biləcəyinə ümidləri artırır.