Rusiyada gün ərzində 40 402 nəfər COVID-19 infeksiyasına yoluxub

Rusiyada son sutkada COVID-19-a 40 402 yoluxma halı qeydə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yolunmuş şəxslərin 9%-də koronavirusun kliniki təzahürləri müəyyən edilməyib. Son gün ərzində pandemiya səbəbindən 1155 nəfər ölüb, 23 187 nəfər xəstəlikdən sağalıb.
Ümumilikdə, pandemiya baş qaldırandan indiyədək Rusiyada 8 554 192 nəfər koronavirusa yoluxub. Bu dövr ərzində 239 693 nəfər xəstəlik səbəbindən ölüb, 7 381 726 nəfər isə sağalıb.