ÜST koronavirusa qarşı “Covaxin” vaksininin vurulmasına icazə verib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə hallarda Hindistanın “Bharat Biotech” şirkətinin “Covaxin” vaksininin vurulmasına icazə verib.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
ÜST 18 yaşdan yuxarı şəxslərə 4 həftəlik fasilə ilə 2 doza “Covaxin” preparatının vurulmasını tövsiyə edir.