Delta ştammında rekord həddə çatırıq - ÜST

COVID-19 yoluxmaları yenidən rekord səviyyəyə yaxınlaşır. Biz yenidən episentrdəyik. Bu gün Avropa və Mərkəzi Asiya ölkələri yeni dalğa təhlükəsi ilə üz-üzədir, yaxud artıq bununla mübarizə aparır. 53 ölkədə virusun hazırkı yayılma sürəti ciddi narahatlıq doğurur. Daha yoluxucu “delta” variantı Avropa və Mərkəzi Asiyada üstünlük təşkil etməkdə davam edir.

Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional direktoru Hans Kluqe deyib. Ekspert bildirib ki, bütün yaş qruplarında yoluxma sayı artır:

“Xüsusilə yaşlı əhali qruplarında infeksiyanın sürətlə artması daha ciddi xəstəlikləri olan insanların ölümünə səbəb olur. Hazırda ölümlə nəticələnən yoluxmaların 75 faizi 65 və yuxarı yaşda olan insanlardır. Əldə etdiyimiz son məlumata görə, COVID-19 üçün xəstəxanaya yerləşdirilmə nisbətləri 1 həftədə 1 dəfədən çox artıb. Xəstəxanaya yerləşdirmə sayı artsa da, ölüm halları yarı səviyyədədir. Bu, vaksinlərin xilasedici təsiri sayəsində mümkün oldu. Hazırda Avropa və Mərkəzi Asiyada bir milyard doza tətbiq olunub”.