ÜST: Avropada koronavirusdan ölüm halları artıb


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 1-dən 7-dək olan həftə ərzində Avropa regionunda COVID-19-dan ölüm hallarının on faiz artdığını bildirib.

ÜST ekspertləri qeyd ediblər ki, Avropa ölümlərin sayında artım olan altı regiondan birincisidir. Noyabrın ilk yeddi gününün nəticələrinə görə, ölüm hallarının 55%-i (26 726 ölüm) Avropa ölkələrinin payına düşür.

Bundan əlavə, bildirilib ki, bölgədə koronavirus infeksiyasına yoluxma halları da artıb.

Bölgədə 1 949 419 yeni yoluxma halı qeydə alınıb ki, bu da qlobal yoluxma sayının 63 faizini təşkil edir. Avropadan başqa yalnız Afrikada yoluxma artıb.

ÜST-ün məlumatına görə, xəstə avropalıların böyük əksəriyyəti SARS-CoV-2-nin “delta” ştammına yoluxub.

Mənbə: TASS