Rusiya “Omikron”a görə yeni məhdudiyyətlərə hazırlaşır


Rusiya Federasiyası COVID-19 koronavirusunun yeni ştammı “Omikron”la əlaqədar yeni məhdudiyyətləri nəzərdən keçirir.

Bu barədə rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov bildirib.
Onun sözlərinə görə, operativ qərargah müəyyən qərarlar qəbul edib: “Yəqin ki, qərargah onları elan edəcək”.

Xatırladaq ki, Cənubi Afrikadan yayılan “Omikron” ştammının tərkibində 32 mutasiya var ki, onların çoxu da yüksək ötürücülüyünü və vaksinlərə qarşı müqaviməti ilə seçilir.

Mənbə: RİA Novosti