90 mindən artıq təhsil işçisi üçüncü doza vaksin vurdurub - RƏSMİ

“Son məlumata görə, 90 mindən artıq təhsil işçisi 3-cü doza vaksin vurdurub”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.

“Bu gün istər təhsildə, istərsə də digər sahələrdə iştirakçılığı təmin ediriksə, bunu əhalinin yüksək səviyyədə vaksinasiyadan keçməsinə borcluyuq.

İl yarım bundan əvvəl ölkə ərazində yoluxma sayı beş min olanda problemlər yaşayırdıq. İndi daha yüksək yoluxma saylarında da məktəblərdə, ali təhsil müəssisələrində ənənəvi tədrisi davam etdiririk”, - deyə nazir qeyd edib.