1298 tələbəyə təhsil krediti verilib

2024-2025 tədris ilinin payız semestrində Təhsil Tələbə Krediti almaq üçün 2594 nəfər müraciət edib.
Sherg.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun bu günə olan statistika ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 1298 nəfərə kredit verilib. Onlardan 325 nəfərə sosial, 973 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.

Məlumata görə, 150 müraciətdən imtina olunub.