Rusiyada məhbuslar həbsxana işçilərini girov götürdülər - Ölənlər var - VİDEO

Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı koloniyada məhbuslar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, insident Volqoqrad vilayətindəki ciddi rejimli islah koloniyasında baş verib.
"Cəzaçəkmə müəssisəsinin intizam komissiyasının iclasında işçilər bir neçə məhbus tərəfindən girov götürülüb", - Rusiya Cəzaların İcrası Federal Xidmətindən bildirilib.
Bəzi Rusiya KİV-in məlumatına görə, üç nəfər ölüb, ən azı iki nəfər qaça bilib.


Telegram Widget
This media is not supported in your browser
VIEW IN TELEGRAM
DİQQƏT❗️Ürəyi zəif olanlar baxmasın!

🔞🇷🇺Rusiyada məhbuslar həbsxana işçilərini girov götürdülər - Ölənlər var

Volqoqradın 19 saylı cəzaçəkmə müəssisəsində məhbuslar işçiləri girov götürüblər.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Hadisə yerindən çəkilmiş videoda iğtişaşçılar özlərini islamçı elan ediblər. Məlumata görə, insident zamanı 3 polis ölüb, yaralananlar var.