Vəhşi təbiətdə ilk hadisə...


Ceyranlar da koronavirusa yoluxub

Kanada Ətraf Mühit Nazirliyinin “Vəhşi təbiət” qrupunun əməkdaşları Quebec əyalətinin Eastern Townships bölgəsində ağ quyruqlu 3 ceyranda SARS-CoV-2 virusuna yoluxma faktı müəyyən edib. 

“Şərq” “Haberturk.com”a istinadən bildirir ki, bu barədə Kanadanın CBC media quruluşu xəbər verir. Xəbərə görə, ceyranlarda koronavirusa rastlanması vəhşi təbiətdə ilk hadisədir. 

Mütəxəssislər virusun yayılma sürətini izləmək üçün əyalətlərlə yanaşı mərkəzi bölgələrdə də müşahidə aparmağı vacib sayır. Kanada Ətraf Mühit Nazirliyinin vəhşi təbiət sağlamlığı üzrə mütəxəssisi Catherine Soos, CBC-yə açıqlamasında vəhşi heyvanlardan ümumilikdə 2 min 700 nümunə alınacağını deyib. 

Soos “burada məqsədimiz koronavirusun insandan heyvanlara yoluxub-yoluxmadığını, yoluxma baş verərsə, bunun vəhşi təbiətdə hansı dərəcədə yayıla biləcəyini müəyyən etmək, mümkün təsirləri öyrənməkdir”, söyləyərək vəhşi təbiətdəki virusun insanları nə dərəcədə təsir altına ala biləcəyini araşdıracaqlarını da deyib. 

“Virusun yalnız insanlar üzərində  təsirli olmasını arzulayırıq. Çünki bu, virusu nəzarət altında saxlamağı asanlaşdırır”.