“Omikron”a yoluxanların 73 %-nin şikayətləndiyi simptom


Banqladeşli professor Nazmul İslam koronavirusun “Omikron” ştammına yoluxanların təxminən dörddə üçünün (73 %) burun axmasından şikayətləndiyini bildirib.
Onun sözlərinə görə, baş ağrıları xəstələrin 68 %-də müşahidə olunub, xəstələrin 64 %-i isə yorğunluq hiss edib.
Bundan əlavə, bu ştamma yoluxanların ən azı 60 %-i asqırma və ya boğaz ağrısından, 44 %-i isə öskürəkdən şikayətlənib.
Professor qeyd edib ki, sözügedən əlamətlər mövsümi qripin simptomlarına bənzəyir.
Mənbə: RİA Novosti