ABŞ-da “Omikron”dan ölənlərin sayı “Delta”dan həyatını itirənləri keçdi


ABŞ-da son yeddi gündə COVID-19-un “Omikron” variantından ölənlərin sayı “Delta” variantına görə həyatını itirənlərin sayından çox olub.

“Omikron”dan 2 258 nəfərin həyatına son qoyub.

Təxminən iki ay əvvəl “Omikron” variantı hələ aşkarlanmasa da, COVID-19-dan gündəlik ölümlər minə yaxın olub. Son bir həftədə insan itkisi 2021-ci ilin fevralından bəri ən yüksək səviyyəyə çatıb.

Bununla belə, qeyd olunub ki, COVID-19-a görə ölüm və xəstəxanaya yerləşdirilmə halları pik həddə çatandan sonra azalmaya doğru gedib.

Ölkənin bəzi az peyvənd olunmuş bölgələrində “Omikron”la əlaqəli ölümlərin artmağa davam edəcəyi barədə xəbərdarlıq edilib.

Mənbə: Wall Street Journal