Paytaxt üzrə koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.
"Sherg.az"xəbər verir ki, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.
Belə ki, statistik göstəricilərə görə, paytaxt üzrə qeydə alınan yoluxma hallarının 14,5 %-i Binəqədi rayonunun payına düşür.
Ardıcıllığa əsasən, yoluxma hallarına görə ikinci yerdə 13,5 % ilə Xətai rayonu qərarlaşır.
Digər rayonlar üzrə isə Yasamalda 11,8%, Sabunçuda 11,6 %, Suraxanı 8,4 %, Nərimanovda 7,9 %, Nəsimidə 7,7 %, Xəzərdə 7,7 %, Nizamidə 7,1 %, Səbaildə 5 %, Qaradağda 4,4 %, Pirallahıda isə 0,5 % yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 52,3 %-i Bakı şəhərində qeydə alınıb.