KURİOZ - Balıqlar da  koronavirus testindən keçdilər

Balıqlar  koronavirus üçün test yoxlanışından keçib.
“Sherg.az” HaberTürk-ə istinadən xəbər verir ki, hadisə Çinin Xiamen şəhərində baş verib. Dəniz sahilində yerləşən şəhərdə balıqçılarla birlikdə tutduqları dəniz məhsulları da koronavirus testindən keçib.

Qərarın səbəbi kimi bəzi balıqçıların dənizdə olarkən xarici gəmilərlə ticarət etməsi göstərilib. Qeyd olunub ki, hələ ki, balıqlar arasında heç bir yoluxma halı aşkarlanmayıb.
Məlumat üçün bildirək ki, Çin, “sıfır yoluxma” siyasətinə görə kəskin qərarlarla tez-tez gündəmdə olur.