Uzun müddət telefona baxmağın bilmədiyiniz zərərləri... - Araşdırma

ABŞ-da aparılan yeni bir araşdırmada uzun müddət mobil telefona baxmağın yeni zərərləri ortaya çıxıb.
“Sherg.az” NTV-yə istinadən xəbər verir ki, elektronik cihazlardan yayılan mavi işığın hüceyrə funksiyalarının pozulmasına və qocalmasına səbəb olduğu aşkarlanıb.
Oreqon Dövlət Universitetində alimlərin apardığı araşdırma nəticəsində hər bir yetkinin telefon, iş kompüteri və televizor vasitəsilə məruz qaldığı mavi işığın hüceyrələrə zərərli olduğu açıqlanıb. Araşdırmaya rəhbərlik edən bioloq Yadviqa Giebultoviç qeyd edib ki, həddindən artıq mavi işığa məruz qalmanın qarşısı alınsa,  yaşlanmanın da qarşısını ala bilər.
Eyni zamanda araşdırmada mavi işığın gözləri yoraraq bulanıq görməyə, makula degenerasiyası və kataraktaya səbəb ola biləcəyinə, həmçinin sirkadiyalı ritmi pozaraq yuxuya getməyi çətinləşdirməsinə gətirib çıxaracağı söylənilib.
Qeyd edək ki, ekranda çox vaxt keçirmək piylənmə və psixi sağlamlıq problemləri riskini də artırır.