İspanaq "bitkilərin şahı"dır

Bu göyərti prostat vəzi xərçənginə qarşı güclü vasitədir

  Məşhur təbib İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqqında bəhs edərkən onu "bitkilərin şahı" və "mədənin süpürgəsi" adlandırmışdı. Nəzərə alaq ki, hazırda göy-göyərtinin, tərəvəzlərin bol vaxtıdır, qiymətlər də nisbətən ucuzlaşıb, fürsətdən yararlanmaq lazımdır. “Şərq” “ailehekimiklinikasi.az”a istinadən ispanağın faydalarını oxuculara çatdırır. Dəmirlə zəngin olan ispanağın tərkibində A və C vitaminləri var. Bu bitki soyuqdəymənin qarşısını alır və dişlərin çürüməsini əngəlləyir. Qanı az olanlara da ispanaq yemək məsləhət görülür. Bitki eyni zamanda prostat vəzi xərçənginə qarşı güclü vasitədir. Tərkibindəki karotinoidlər şiş hüceyrələrinin inkişafının qarşısını almaqla yanaşı onların öz-özünü məhv etməsinə səbəb olur. İspanaq ürək xəstəliklərindən qoruyur. Sərbəst radikalları bədəndən uzaqlaşdıraraq yaşlanmağı gecikdirir. İspanağı həm bişmiş halda, müxtəlif xörəklərə əlavə etməklə, həm də çiy halda yemək olar. Salatlarda istifadə etmək də xeyirlidir.