Super-qida elan edildi

Bağırsaqları qoruyur, xəstəlikləri əngəlləyir

  Tərkibində vitamin və mineralların bolluğu ilə yanaşı antioksidan xüsusiyyəti ilə məşhur olan brokolinin daha bir faydası kəşf edilib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, ABŞ alimləri brokolinin bağırsaq hüceyrələrini xəstəliklərdən qoruduğu elan edib. ABŞ alimləri brokolini “super qida” adlandırıblar. ABŞ-nin Pensilvaniya ştatı Əyalət Universitetində aparılmış tədqiqat brokolinin insan sağlamlığını qoruyacaq xüsusiyyətlərə malik olduğunu aşkarlayıb. Brokolinin tərkibindəki vitaminlər, minerallar nazik bağırsağı zərərli bakteriyalardan qoruyur, onun düzgün çalışmasını təmin edir. Tədqiqat siçanlar üzərində aparılıb, gündəlik qidanın 15 faizinin brokoli təşkil etdiyi bağırsaq hüceyrələri analiz edilib. Məlum olub ki, brokolinin tərkibindəki minerallar nazik bağırsaq hüceyrələrindəki "aril hidrokarbon reseptorları” ilə birləşərək bu hüceyrələri gücləndirir. Bu vəziyyət bağırsaq xəstəliklərinin qarşısını almağa kömək edir. Turpkimilər fəsiləsindən olan tərəvəzlərin tərkibindəki maddələr hüceyrələri DNT zədələnməsindən qoruya bilir, virus, bakteriya və iltihaba qarşı qoruyucu xüsusiyyətə malikdir. Brokoli ilə yanaşı gül kələmi (dəniz kələmi), brüssel kələmi - kahının bütün növləri, araqula (vəzəriyə oxşayan tərəvəz), şalğam və turp kimi tərəvəzlər bu xüsusiyyətləri daşıyır və onlar qidalanmada əsas yer tutmalıdır.