Xərçəng peyvəndi hazırlandı

"Moderna" şirkəti ümidləri artırdı

Cərrahi əməliyyat keçirmiş 157 nəfərə peyvənd vurulub. Bu insanlardan demək olar ki, yarıdan çoxunda xərçəngə təkrar yoluxma qeydə alınmayıb

  COVID-19-a qarşı keyfiyyətli mRNA peyvəndilə tanınan "Moderna" şirkəti eyni texnologiyanı tətbiq etməklə xərçəng peyvəndi hazırlayıb. Təcrübədən keçirilən peyvəndin xeyli dərəcədə ümidverici olduğu bildirilir. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, "Moderna" şirkəti peyvəndi dəri xərçəngi diaqnozu qoyulmuş xəstələr üzərində sınaqdan keçirib. Nəticə uğurlu olub. Hazırlanmış peyvəndin xərçəngə tutulma riskini 44 faiz azaltdığı müəyyənləşib. Şirkətdən bildirilib ki, bu il xərçəng peyvəndilə bağlı kliniki təcrübələrin üçüncü mərhələsi aparılacaq, peyvəndin ağ ciyər və xərçəng xəstəliyinin digər növlərinə, xərçəng şişlərinə təsiri araşdırılacaq.  ABŞ dərman istehsalçıları "Moderna" və "Merck mRNA" peyvəndi üzərində aparılan təcrübələrdə dəri xərçəngi olan melanomun riskini yarıbayarı azaltdığını elan edib. Təcrübə zamanı melanom müalicəsi üçün cərrahi əməliyyat keçirmiş 157 nəfərə peyvənd vurulub. Bu insanlardan demək olar ki, yarıdan çoxunda xərçəngə təkrar yoluxma  qeydə alınmayıb. Peyvəndin yanaşı təsirləri isə yorğunluq, iynənin  yerində ağrı və titrəmə olub. "Moderna"nın başqan yardımçısı doktor Kayl Holen “nəticələr, mRNA peyvəndinin xərçəng xəstələrinə müsbət təsiri olduğu aydındır. mRNA xəstələrin ömrünü uzadacaq”, deyib.