İsti çay ağız bölgəsində xərçəng yaradır


Türkiyəli professor isti çay sevgisi və vərdişinin əslində ziyanlı olmasından danışıb


  Sevdiyimiz və əsla vaz keçmədiyimiz bir sıra vərdişlər ciddi xəstəliklərin mənbəyi ola bilər. Türkiyəli professor Oğuz Köse türklərin isti çay sevgisi və vərdişinin əslində ziyanlı olmasından danışıb. “Şərq” “Haber türk”ə istinadən bildirir ki, professor “elmi araşdırmalar Orta Şərq xalqlarının gün ərzində çayı çox və isti halda içməsinin ağız bölgəsində xərçəngə yoluxma təhlükəsini artırdığını göstərir. Məsləhətim budur ki, çaysevərlər çay içmələrinin sayını bir qədər azaltsınlar və ist-isti deyil, bir az mülayim halda içsinlər”, deyib. Professor xatırladıb ki, Çin və ABŞ-də aparılan tədqiqatların nəticələrinə görə, isti halda içilən çay və qəhvə orqanizmdəki mukozaları (ağızın selikli qişasını) yandırdığı üçün ağız bölgəsində xərçəngə yoluxma riskini 3 dəfə artırır. İsti çay yenilənən hüceyrələri xərçəng hüceyrələrinə çevirə bilir. “Bizlər çayı isti və gün ərzində çox sayda içməyə vərdiş etmişik. Lakin  dediyim kimi, elmi araşdırmalar bunun ziyanlı olduğunu, ağız nahiyəsi, baş-boyun bölgəsində xərçəng təhlükəsini artırır. Səbəb isti məhlulun ağız boşluğundakı, boğazdakıl selikli qişanı yandırmasıdır. Ona görə də çayı isti halda deyil, ilıq halda içmək məsləhətdir. Bundan başqa çay 15 dəqiqə ərzində dəmlənməli, yarım saat ərzində istehlak edilməlidir. Dəmləndikdən sonra uzun müddət saxlanmış çayın orqanizmə heç bir faydası olmaz”, söyləyən professor çayın faydalarını da sadalayıb. Çay içkisi güclü antioksidandır. Bir qədər diqqətli olub ilıq halda və dəmləndiyində təzə-təzə içsək, orqanizmə faydası çox olacaq.