Siqaret qadağaları sərtləşir

Portuqaliya hökuməti sağlam nəslin formalaşmasını hədəfləyən qanunu təsdiq edib

  Portuqaliya hökuməti 2040-cı ilədək siqaret çəkməyən yeni, sağlam nəslin formalaşmasını hədəfləyən qanunu təsdiq edib. Qanun siqaret çəkənlərə və siqaret istehsalçılarına qarşı sərt qaydalardan ibarətdir. Portuqaliya hökuməti siqaretdən istifadəni məhdudlaşdıran qanun layihəsini 2007-ci ildə qəbul edib. Hazırda isə qanuna daha bir neçə sərt dəyişikliklər əlavə edilib. Yeniliklər siqaretdən istifadə üçün ayrılmış sahələrin və tütün məmulatlarının satışının qadağan edildiyi satış nöqtələrinin də azaldılmasını nəzərdə tutur. 

Hökumət qanuna dəyişiklikləri “2040-cı ilədək dumansız nəsil” sözləriylə təqdim edib. Qanuna dəyişikliklər Nazirlər Şurası tərəfindən təsdiqlənib və 23 oktyabrdan etibarən icraya yönələcək. Qanuna görə, ölkədəki bütün restoran, bar və kafelərdə qapı, pəncərə və örtülü teraslar da daxil, məktəblər, xəstəxanalar, idman zalları, dayanacaqlar və digər ictimai iaşə obyektləri, idarə və müəssisələrdə siqaret çəkmək 2024-cü ilin yanvar ayından etibarən qadağan ediləcək. Hökumət hətta elektron siqareti də yasaqlayır. Elektron siqaretlərin üzərinə sağlamlığa ziyanlı olduğunu bildirən mətnlər yazılacaq. Hətta ətirli tütün məmulatlarının satışı da qadağan ediləcək.