Gözündəki ləkə qadını kor etdi

Günəş şüaları gözün içindəki fotokeratin bölgəsinə ciddi zərər verib

  ABŞ-də ailəsiylə tətilə çıxan 74 yaşlı Dana Galianonun istirahəti dəhşətlə başa çatıb. “Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, qadın başına gələnlər səbəbindən kor olub. Tətil günlərində tez-tez Günəş vannası alan Dana əvvəlcə gözlük taxmayıb. Bir müddət sonra gözlərində yanma, qıcıqlanma hiss edib. Bundan sonra günəş gözlüyü taxmağa başlayıb. Gözlərindəki yanma keçib getdi, lakin uzaq məsafəni görməkdə çətinlik çəkməyə başlayıb. Görmə qabiliyyəti zəifləyib. Həkimə müraciət edib. Göz müayinəsindən keçdikdə məlum olub ki, Günəş şüaları gözün içindəki fotokeratin bölgəsinə ciddi zərər verib. Bu xəstəliyə nadir hallarda rast gəlinir. Bu, Günəş şüalarının su, qum və ya qar vasitəsilə göz bəbəklərində əks olunaraq onlara zərər verməsi xəstəliyidir. Qadın gözündəki yanmanı belə izah edib: “gözümdə davamlı olaraq yanma hissi vardı, sonra da bir ləkə ortaya çıxdı. Gözümə qum dolmuş kimiydi, acıdırdı”. Həkimin təyin etdiyi müalicəni başa vursa da, Dananın bir gözü görmə qabiliyyətini çox itirib. Qadın göz yorğunluğu xəstəsi olaraq ömrü boyunca gözlük taxmağa məcburdur. Dana tətilə gedənlərə gözlərini qorumağı, günəşlənərkən mütləq gözlük taxmağı yaddan çıxarmamalarını tövsiyə edib.