Məgər zəhər saçırmış! 

Qulaqlıq dedikdə gözümüzə dolaşıq və qırılmaz kabellər canlanır. 
Texnologiyanın inkişafı sayəsində  meydana çıxan  telefona simsiz qoşulan Bluetooth qulaqlıqlar gündəlik həyatda böyük rahatlıq təmin edir.
 "Sherg.az" xəbər verir ki, həm rahat hərəkət, həm də kabel problemlərini həll edən Bluetooth qulaqlıqların üstünlükləri ilə yanaşı mənfi cəhətləri də var.
Bluetooth əslində radiotezlik radiasiyasıdır. Bu ionlaşdırıcı olmayan radiasiyadır. Bluetooth-un yaratdığı maqnit sahəsi qulağa zərər verə bilər.

Qulaqcıqlardan çox uzun müddət istifadə edildikdə, maqnit sahəsinin təsiri insanın hüceyrə DNT-sində pisləşməyə və xərçəngə meylliliyə səbəb ola bilər.

Xüsusilə qulaqcıqlarla yüksək və uzun müddət musiqi dinləmək eşitmə qabiliyyətinin daimi itkisi ilə nəticələnməsi də çümkündür.

Hələ sübut olunan xəstəliyə səbəb olmasa da, ehtiyatla istifadə etməkdə fayda var.

Mənbə:EnSonHaber