Yuxudan oyanan kimi su içənlər o effekti yaşayırlar!

Sağlamlığımız üçün su istehlakına diqqət etməliyik. Su istehlak etməyən insanlar bir çox sağlamlıq problemləri ilə qarşılaşa bilərlər.

"Sherg.az" xəbər verir ki, dərinin quruması və qabıqlanması kimi problemlərlə yanaşı, böyrəklərin zədələnməsi də gündəmdədir. Bu səbəbdən su içməyi laqeyd etməmək həyatımızın ən böyük qaydalarından biri olmalıdır.
Səhərlər ac qarına su içməyi də ənənəyə çevirməliyik. Gecə yuxudan duranda su içməmisinizsə, vücudunuz çoxlu su itirir və səhər onun yerini doldurmalısınız. Bədəninizdə itirilən suyun yerini doldurmaq üçün oyanan kimi su içmək lazımdır.  Səhər acqarına su içmək də pəhriz saxlayanların arıqlamasına kömək edəcək. İçməli su mədənin bir hissəsini dolduracağı üçün aclıq hissi yaratmayacaq. Bu, həddindən artıq yemək səbəbindən çəki artımının qarşısını alacaq.


Bir həqiqətdir ki, acqarına içilən su böyrəklərdə daş əmələ gəlməsinə səbəb olan turşuları sulandırır. Bundan əlavə, içdiyiniz su ilə toksinlərin səbəb olduğu müxtəlif sidik kisəsi infeksiyalarından qorunursunuz. Acqarına ilıq və ya isti su içməklə bağırsaqlarınızı daha təsirli şəkildə stimullaşdıra bilərsiniz.

Susuzluq qırışlara və dərin məsamələrə səbəb olur. Aparılan araşdırmaya görə, acqarına 500 ml su içmək dəridə qan dövranını artırır, hamar və parlaq bir dəri təmin edir. Acqarına bir və ya bir neçə stəkan su içmək; Alkoqol, tütün, çirklənmə, qidalanma nəticəsində bədənimizə daxil olan zərərli maddələrin təsirini azaltmağa kömək edir.

Mənbə: EnSonHaber