Bu linzalar göz yaşıyla işləyəcək

Ağıllı kontakt linzalar istehsal edilir

Sinqapurda göz yaşıyla enerji yığan ağıllı kontakt linzalar istehsal edilir. 

“Sherg.az” bu barədə “NTV.com.tr”yə istinadən xəbər verir. Məlumatda bildirilir ki, Sinqapur tədqiqatçıları göz yaşıyla enerji toplaya biləcək və görmə qabiliyyətini təmin edəcək kontakt linzalar hazırlayıblar. Bu linzalar göz yaşıyla enerji yığan batareyalar hesabına işlək hala gətirilir. Sinqapurdakı “Nanyang” Texniki Universitetinin tədqiqatçıları mikrometr incəliyində batareyalar düzəltməyə nail olub. Batareyalar bioloji materiallardan düzəldilib və qlükoza əsaslı örtüyə sahibdir. 

Bu örtük batareyanın daxilindəki sodium və xloridlərlə reaksiyaya girərək elektrik əldə edilməsinə kömək edir. Sodium və xloridlər insanın göz yaşının tərkibində də olduğundan linzalardan istifadə zamanı da enerji toplaya bilir. Təcrübə zamanı məlum olub ki, batareyalar 45 mikroamper cərəyan və 201 mikrovaolt maksimum güc istehsal edə bilir. Bu miqdar batareyaların gün ərzində işlək halda qalmasını təmin edir. Göz yaşları da bu zaman batareyanın çalışmasına yardım edir. Nəticədə batareyaların çalışma müddəti hər 12 saatdan bir, daha 1 saat uzanır. Linzalardan istifadə edilmədiyi zaman isə onları tərkibində qlükoza, potasium və sodium ionları olan duzlu suda saxlamaq lazımdır. Tədqiqatçılar bildirib ki, bu linzalar gözün görünüşünə heç bir xələl gətirməyəcək. Tədqiqat haqqında məlumat “Nano Energy” dərgisində yayımlanıb.