Əgər kişi aktiv şəkildə hər gün ultra emal edilmiş hazır yeməklər, fast-fud yeyirsə, bu zaman onda kolorektal xərçəngin yaranma ehtimalı 35% artır. Bu nəticəyə Harvard alimləri gəlib.
Hazırda istənilən marketdən hazır yeməklər – plov, makaron, salat, lapşa, hazır qablaşdırılmış yeməklər almaq olur. 1-2 dəqiqəyə qızdırılır, mikrodalğalıda hazırlanır. İşləyən, tək, tələbə, subay kişilər və gənc ailələr üçün bu yeməklər can rahatlığıdır. Son elmi araşdırma da göstərib ki, məhz bu qidaları yeyənlərdə bağırsaq xərçəngi riski artır. İş orasındadır ki, qadınlarda bu qədər yüksək nəticə yoxdur. Xüsusən içində emal edilmiş ət, toyuq olan qidalar daha təhlükəlidir. Kolbasa, vetçina, hazır kotletlər, sosis. Üstəlik kişi bunları alkoqol və qazlı içkilərlə qəbul edirsə, risk 2 dəfə artır.
Ümumiyyətlə, ayaqüstü yemekler niye zererli hesab olunur? Başqa hansı xəstəliklər yaradır?
Mövzu ilə bağlı danışan tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında qeyd edib ki, bu cür hazır yemeklərin istifadə müddəti düzgün qeyd edilmir:
"Tərkibindən asılı olamayaraq bu qidaların istifadə tarixini uzadan kimyəvi maddələr, mikroelementlər mövcuddur. Eyni zamanda bunlar orqanizmə daxil olduqda bütün orqanlarda fəsadlar yaradır. Günümüzdə, ürək-damar sisteminin, yuxarı tənəffüs yolları, oynaq-dayaq aparatı kimi xəstəliklərin artmasına səbəb olur. İnsanlar vaxt baxımında daha tez hazırlandığına görə, bu qidalara üstünlük verirlər. Hər halda hazır və yarı hazır olan qidaların orqanizməyə vurduğu zərbəni heç bir dərman vasitəsi vurmur. Bəzi alıcılar bu məhsulu əldə etdikdə heç onun üzərindəki istifadə müddətinə belə baxmır. Hətta, elə olur ki, istifadəyə yararsız olsa da, belə məhsulları yenidən satışa çıxarılır. Yeniyetməlik dövründə uşaqlarda görürük ki, ayaqlarının ölçüləri böyüyüb. Misal olaraq 8-ci, 9-cu sinifdə oxumasına baxmayaraq 42,43 ölçüdə ayaqqabı geyinir. Bu məhsullardan istifadə qan dövranına daxil olmuş hormonlara yenidən kəskinləşdirilər. Elə olur ki, bu hormonun artmasına və yaxud azalmasına səbəb olur. Hər ikisi də böyük problemdir".
Həkim vurğulayıb ki, mədə-bağırsaqların mikroflorasının pozuntusunun şahidi oluruq:
"Belə ki, ifraz edilən normal predmentlər var, ancaq bu predmentlər dəyişdikdə xəstəliklər yaranır. Bunlar bağırsaqlarda ishal, köp yaradır. Qəbula gələn bütün pasientlərdə ən böyük şikayət köp olmaqdır. Uşaqların aldıqları xırda vermeşillərin zərəri isə ayrı bir mövzudur. Onların görünüşü bele insanda şübhə yaradır. Bu problemlərin yaranmasının ən başlıca səbəbi vətəndaşların maariflənməməsidir. Həkimlərin bu barədə çıxışları olsa da baxıb öyrənmirlər. Daha çox bayağı və məişət mövzuları olan verlişlərə vaxt ayırırlar. Çox təəssüf ki, burada günahkar insanların özüdür. Bu baxımdan uşaqlarda, gənclərdə yaddaş pozuntusu baş verir. Bunun səbəbi də düzgün qidalanmamaqdır. Ona görə də çoxlu meyvə, tərəvəzlərdən istifadə etmək lazımdır. Bir sözlə, hazır yeməklərə, fast fudlara yox deyək".