Qadınlar kişilərdən çox yatmalıdır – ALİMLƏR

Kişilər bundan sonra qadınları çox yatmaqda ittiham edə bilməz. Çünki alimlər də qadınlara bir az artıq yatmağı tövsiyə edib.

“Medicina” xəbər verir ki, doktor Patrik Flinn bunun səbəbini açıqlayıb.

“Qadınların hormonal özəlliyinə və böyrəküstü vəzlərin iş prinsipi fərqli olduğu üçün daha uzunmüddətli yuxu lazımdır. Kişilər sutkada 7-8 saat yatsa da kifayətdir, hətta kişilər 6 saat da yata bilər. Qadınlara isə 8 saatdan 10 saata kimi yuxu lazımdır.

Məsələ hormonal rezervdədir. Kişilərdə böyrəküstü vəzilərdə 1-3% hormon hasil olur, qalanını xayayar edir. Və kişilərdə hormonlar istər oyaq halda, istər yuxuda normasında sintez olunur.

Qadınlarda isə bütün vacib hormonlar böyrəküstü vəzilər tərəfindən hazırlanır və bunun üçün yuxu vacibdir.

Ona görə də qadınlara 8 saatdan çox, xüsusən gecə yuxusu vacibdir”.