Bu fərdlərin həyatında tənhalıq, qəzəb, depressiya kimi hisslər həmişə mövcuddur
Son araşdırmalar yüksək intellektin həmişə anadangəlmə olmadığını və bu vəziyyətdə ətraf mühit faktorlarının da rol oynadığını ortaya qoyub.
Sherg.az xəbər verir ki, mütəxəssislər, yüksək intellektin uğur və xoşbəxtlik gətirdiyinə dair böyük bir yanlış təsəvvürün olduğunu və ağıllı insanların tez-tez depressiya və narahatlıq kimi psixi sağlamlıq problemləri ilə qarşılaşmalı olduqlarını izah edirlər.
Ağıllı insanlar gündəlik həyatın axarına qapılmaqdansa, daha vacib və daha dərin məsələlər haqqında düşünürlər. Bu fikirlər insanı depressiyaya meyilli edir.
Ağıllı insanlar öz ağıllarının fərqindədirlər. Buna görə də nə edirlərsə etsinlər, əsl potensiallarını reallaşdıra bilməyəcəklərini düşünürlər. Bu mövzuda ətrafdakıların böyük gözləntiləri onların çiyinlərinə əlavə yük qoyur.
Ağıllı fərdlərin həyatında tənhalıq, qəzəb, depressiya kimi hisslər həmişə mövcuddur. Məşhur yazıçı Ernest Heminquey bu vəziyyəti “Ağıllı insanlar nadir hallarda xoşbəxt olurlar” sözləri ilə yekunlaşdırıb.
Ağıllı insanlar daim təşviş içində olurlar və bu mövzuda sosial dairələri tərəfindən yetərincə başa düşülmür. Bu, onları tənha və küncə sıxılmış hiss etdirir.
Kanadalı elm adamları tərəfindən aparılan bir araşdırma, daha yüksək IQ səviyyəsinə malik olan tələbələrin narahatlıq səviyyəsinin daha yüksək olduğunu ortaya qoyub.
Ağıllı insanlar şikayətlənirlər ki, bir çox insanlar öz hiss və düşüncələrinə biganədirlər. Onları həqiqətən başa düşən insanlarla qarşılaşdıqda, çox güman ki, tez bir əlaqə quracaqlar. Ancaq bu davranışlarına görə çox vaxt məyus olurlar.
Ağıllı insanlar çox vaxt özlərindən daha az intellektli olanların qayğısız həyatlarına həsəd aparır, xoşbəxt həyat sürdüklərini düşünürlər.
Ağıllı fərdlərdə ən çox görünən xüsusiyyətlərdən biri tənbəllikdir. Onların bir şey üçün səy göstərməyə gücləri yoxdur və cəhd etsələr də, çox vaxt başlarındakı narahat səsi susdura bilmirlər, bu da motivasiyalarının aşağı düşməsinə səbəb olur.