Ekspert: Dispetçerlərin pilotlar ilə danışıqlarının dərci informasiya təzyiqidir

Dekabrın 25-də AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinin pilotları ilə Rusiya hava limanlarının yerüstü xidmətləri arasında guya baş tutmuş danışıqların dərc edilməsi Qazaxıstan və Azərbaycana qarşı əsl informasiya təzyiqi aktıdır.

Bunu “Report”un Qazaxıstan bürosuna qazaxıstanlı politoloq Dimaş Aljanov bildirib.