Ermənistanda sülhə qarşı ittifaq genişlənir: Paşinyan revanşist qüvvələrə boyun əyməkdədir
Yusif Nəzərli
09:27 25.03.2025
Cənubi Qafqaz
473
Erməni İnqilabi Federasiyası - Daşnaksutyun Partiyası bəyanat yayaraq Paşinyan hakimiyyətinin Azərbaycanla imzalamaq istədiyi sülh sazişinə qarşı çıxıb. Partiya bununla bağlı bəyanat yayıb. Bəyanatda iddia edilir ki, Azərbaycanla sazişlər və müzakirə edilən sənəd Ermənistan-Azərbaycan sərhədini dəqiqləşdirmir, Azərbaycan silahlı qüvvələrinin “Ermənistan ərazilərindən” çıxarılmasını təmin etmir.
Eyni zamanda daşnaklar sülh sazişinin “artsax”-la bağlı ermənilərin gözləntilərinə də cavabn vermədiyini iddia edirlər. Onların bu sözlərinə keçmiş prezidentlər Robert Köçəryanın və Serj Sarkisyanın rəhbərlik etdiyi Hayastan Bloku və Respublikaçılar Partiyası da qoşulub.
Politoloq Zeynal Əmralıyev "Sherg.az"a deyib ki, Ermənistanda sülhə qarşı ittifaq genişlənir.
Ekspert bildirib ki, Hayastan Bloku və Respublikaçılar Partiyası əvvəl birlikdə fəaliyyət göstərib, eyni komandanın ortağı olublar:
"O zaman onların müraciətinə həm də ölkədədaxili siyasi vəziyyəti gərginləşdirmək cəhdi kimi qiymətləndirə bilərik. Ancaq bu etiraz təkcə siyasilərin etirazı deyil. İlk növbədə kilsə sülhün əldə edilməsini qəbul etmək istəmir. Erməni qriqoryan kilsəsi bu günə qədər revanşizmin ən böyük dəstəkçisi olub. Ruhani idarəsi olmasına baxmayaraq erməni kilsəsində qədimdən uşaqlara "Böyük Ermənistan" barəsində nağıllar danışılır. Nikol Paşinyanın sülhü müqaviləsini imza atması kilsəsinin cəmiyyət üzərində nüfuzunun azalmasına səbəb olacaq. Buna görə qriqoryan kilsəsi bu sülhə mane olmağa çalışır. Kilsə ilə bərabər erməni diasporu da sülhdə maraqlı deyil. Çünki onların fəaliyyəti tamamilə "türk düşmənçiliyi" üzərində qurulub. Erməni diasporu öz fəaliyyətini bu istiqamətdə aparır. Onların diplomatik təsir mexanizmləri və yığdıqları maliyyə mənbələrinin ama qaynağı məhz bu ideyadır".
Siyasi analitik vurğulayıb ki, ordu mənsubları da sülhə qarşı çıxırlar:
"Sülhün əldə edilməsindən sonra hökumətin ordunun sayında əsaslı azalmaya gedəcəyi, həmçinin hərbi xərcləri azalacağı barəsində gözlənti var. Bu isə korrupsiyaya bulaşmış ali zabit heyətinə sərf etmir. Buna görə onlar müharibənin davam etməsində, toqquşmaların baş verməsində maraqlıdırlar. Qarabağdan qaçıb İrəvanda gizlənən seperatçılar isə özlərini gündəmdə saxlamaq üçün revanşist çıxışlara yer verirlər. Bu xəyalpərəst toplum hələ də hansısa dövlətin onları yenidən Qarabağa qaytaracağına ümid bəsləyir. Ancaq regionda əsas söz sahibi Azərbaycandır. Rəsmi Bakı tələsik sülhə razı deyil. Sərhəddə baş verən son təxribatlar, Ermənistan ordusunun davamlı atəşkəsi pozması da göstərir ki, Azərbaycan tərəfi tamamilə haqlıdır. Paşinyan hökuməti revanşist qüvvələrə getdikcə boyun əyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya