ABŞ-Rusiya danışıqları əhəmiyyətini itirir - RƏY
Yusif Nəzərli
13:38 28.03.2025
Siyasət
433
Ukraynanın kapitulyasiyasına prezident Vladimir Zelenskinin güclü və qorxmaz siyasi iradəsi mane oldu
"Rusiya - Ukrayna müharibəsi ilə bağlı ABŞ Rusiya danışıqları çərçivəsində növbəti görüşün planlaşdırılmasına baxmayaraq, danışıqlara maraq azalıb".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi ekspert Vüqar Dadaşov deyib.
ABŞ-Rusiya danışıqlarının öz əhəmiyyətini itirməkdə olduğunu vurğulayan V. Dadaşov Ər-Riyadda baş tutan görüşlərdə və eləcə də telefon, diplomatik vasitələrlə ABŞ - Rusiya danışıqlarının təkcə Rusiya - Ukrayna müharibəsi ilə bağlı olmadığını xatırladıb:
"Qlobal yeni dünya düzənində Rusiyaya xüsusi rolun ayrılmasında Donald Trampın istəkləri təkcə Rusiyanı razı salmaq niyyətinə söykənmir. Əgər, Donald Tramp Rusiya - Ukrayna müharibəsinin dayandırılmasını Rusiyanın şərtlərinə uyğun Ukraynaya qəbul etdirə bilsəydi, ABŞ Rusiyanı Çinə qarşı özünə tərəf çəkə biləcəyinə ümid edə bilərdi, bəli ancaq və ancaq ümid. Donald Tramp və Vladimir Putin arasında sövdələşmənin tam həyata keçməsinə, daha doğrusu Ukraynanın kapitulyasiyasına prezident Vladimir Zelenskinin güclü və qorxmaz siyasi iradəsi mane oldu. Zelenskiyə həm fiziki-psixaloji, siyasi-diplomatik hücumlar, hərbi təhdidlər Tramp - Putin tandeminin istəyinə uyğun nəticələr vermədi. İndi Zelenski həm Tramp və həm də Putin üzərində psixaloji qalibdir".
Siyasi ekspert deyib ki, Trampın Rusiyaya qarşı publik ritorikasında müəyyən təzyiqlər sezilməyə başlasa da, Tramp Zelenskiyə görə planlarının pozulmasını qəbul edə bilmir:
"Putin isə əksinə, Donald Trampdan sona qədər istifadə etmək niyyətindədir. Trampı tərifləyir, Qrelandiya ilə bağlı faktiki ona dəstək verir və sair... Trampın yenidən prezident seçilməsindən sonra Rusiya - Ukrayna müharibəsi vasitəsi ilə Putindən yararlanmaq planı əksinə çevrilib. Putin, yaxud Tramp "kim kimi ovlamaq oyunu" açıq görünür.
Qaldı ki, Trampın Rusiyanı Çinə qarşı çevirmək cəhdinə, əlbəttəki Trampın belə bir niyyətinin, gedişinin öncədən iflası məlum idi və Trampın yanlışlığının əsasında onun siyasətə, dövlətlərə sırf kommersiya, qazanc prizmasından yanaşmasıdır, nəinki idealoji və psixaloji prinsiplərdən. Rusiya loyal sabiq dövlət başçılarının Rusiyaya sığınmağı, Putinin təhlükəsizlik zəmanəti, ümumən Rusiyanın ona loyal dövlət başçılarına etibarlılıq göstəricisidir. Putin heç bir şərt daxilində Bəşər Əsədi də Suriyanın yeni hökümətinə verən deyil. Tramp siyasi fəaliyyətində siyasi idealoji prinsipləri isə nəzərə almır".
V. Dadaşov qeyd edib ki, Donald Tramp Vladimir Putin hər iki tərəf üçün sərfəli nəticələrə hesablanmış əldə etdikləri razılaşmaların tam realizəsi mümkün olmadı. Qara dənizdə tərəflərin gəmilərinin hərəkəti ilə bağlı, Pusiyaya qarşı müəyyən güzəştlərin müzakirəsi və sair bu kimi anlaşmaların mümkünlüyü ilkin Tramp - Putin razılaşmalarından çox uzaq mövzudur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib
10:17 12.08.2026
Cəmiyyət
Simonyan üçüncü dəfə evlənir - Paşinyan toya gələcəkmi?
09:56 12.08.2026
Region
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib
09:42 12.08.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır
09:38 12.08.2026
İqtisadiyyat
Yuxuda qapının açılmaması nə deməkdir?
08:48 12.08.2026
Maraqlı
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol