
ABŞ radioları da bir-bir bağlayır - RƏY
Yusif Nəzərli
07:25 17.04.2025
Dünya
437
Tramp hesab edir ki, artıq “Azadlıq radiosu"na ehtiyac yoxdur
“Azadlıq radiosu”nun Rusiya xidməti 2025-ci il aprelin 15-dən etibarən rus dilində yayımını dayandırıb. Bu qərar radionun özünün yaydığı məlumatda təsdiqlənib. Yayımın dayandırılmasının səbəbləri arasında maliyyələşmə məsələləri və ABŞ Prezidenti Donald Trampın ABŞ Qlobal Media Agentliyi (USAGM) daxil olmaqla yeddi federal agentliyin yenidən təşkil edilməsi barədə imzaladığı sərəncam göstərilir.
Qeyd edək ki, “Azadlıq radiosu” 1950-ci ildən fəaliyyət göstərir və rus dilində yayımına 1953-cü il martın 1-də başlayıb. Bu qərar, Rusiya hökumətinin xarici media qurumlarına qarşı tətbiq etdiyi məhdudiyyətlər və təzyiqlər fonunda baş verir. Xüsusilə, 2022-ci ilin martında Rusiya vergi orqanları radionun Rusiya filialını müflis elan edib və radionun internet saytına giriş məhdudlaşdırılıb.
“Sherg.az”a açıqlamasında “Azadlıq radiosu"nun Rusiya üzrə rusdilli yayımı dayandırmasının səbəblərinə toxunan siyasi şərhçi Azər Həsrət deyib ki, “Azadlıq radiosu”nun Rusiya xidmətinin orta dalğada yayımı dayandırılıb. İnternet üzərindən radionun fəaliyyəti davam edir:

“Bundan əvvəl də həmin radio ilə bərabər fəaliyyət göstərən “İndiki zaman” telekanalının da yayımı dayandırılmışdı. Bu kanal “Azadlıq radiosu” və “Amerikanın səsi” tərəfindən birgə yaradılmış müstəqil rusdilli televiziya layihəsi idi. ABŞ-nin Qlobal Media Agentliyi tərəfindən maliyyələşdirilirdi və əsasən Rusiya və digər postsovet ölkələrinə dair informasiyaları yaymaq məqsədi daşıyırdı. Bu media qurumlarının fəaliyyətini dayandırmasının əsas səbəbi də ABŞ hökumətinin Rusiya ərazisinə rusdilli proqramlar yayımlayan peyki söndürməsi olub. Belə ki, Prezident Donald Tramp ABŞ Qlobal Media Agentliyinin (USAGM) fəaliyyətini effektiv hesab etmədiyini açıq şəkildə ifadə edib. Tramp administrasiyası bu qurumları "Amerika vergi ödəyiciləri üçün yük" və "milli təhlükəsizlik üçün risk" adlandıraraq, onların "saxta xəbər şirkətləri"nə yüz milyonlarla dollar xərclədiyini bildirib. “Azad Avropa”, “Azadlıq radiosu”, “Azad Asiya radiosu”, “Amerikanın səsi” kimi qurumları ABŞ "soyuq müharibə" üçün yaratmışdı. Əsas məqsədləri isə kommunist rejimləri altında yaşayan xalqlar, uzaq Şərqi Asiya ölkələrini nəzarətdə saxlamaq idi. Guya ki, bu radioların məqsədi alternativ informasiya vermək, kommunist rejimlərin təbliğatına qarşı çıxmaq və insan haqları, azadlıq və demokratiya kimi dəyərləri təbliğ etmək olub. Tramp isə hesab edir ki, artıq belə bir qurumların fəaliyyətinə ehtiyac yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm