Abovyan: Zəngəzur dəhlizinə iki ölkə nəzarət edəcək
08:22 30.07.2025
Maraqlı
499
“Nikol Paşinyan hökuməti Zəngəzur dəhlizinin açılması ilə bağlı yeni informasiya kampaniyasına başlayıb”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.
“Ermənistan hakimiyyəti erməni əhalisini Sünik (Qərbi Zəngəzur) vasitəsilə Türkiyə və Azərbaycana dəhliz verməyə hazırlamaq məqsədi daşıyan informasiya kampaniyasının yeni mərhələsinə başlayıb. Ölkənin ali rəhbərləri tərəfindən iki tezis irəli sürülür. Birinci ondan ibarətdir ki, Sünik qapılarının (dəhliz) açılması ölkənin iqtisadi inkişafı üçün perspektivlər verəcək. İkinci tezis odur ki, əgər söhbət Sünik yolunun açılmasından gedirsə, “dəhliz” ifadəsinə allergiyaya ehtiyac yoxdur”, - ekspert bildirib.
Abovyanın iddiasına görə, İrəvan dəhlizə çıxış-girişə nəzarəti ABŞ və ya Avropanın logistika şirkətləri vasitəsilə Türkiyə və Azərbaycana təhvil vermək niyyətindədir.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Qərbi Zəngəzurdan keçəcək yolların açılması ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, yolların açılması Ermənistanın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək: “Sünik Ermənistanın gələcək perspektivi üçün inkişaf qapılarına çevriləcək, əgər biz o qapıları (Mehri hissəsini nəzərdə tutur – red.) aça bilsək, gələcək bizə inkişaf baxımından böyük imkanlar verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya