
Adil Qeybulla: Xəstəxanalarda randevu sistemini düzgün qurmaq lazımdır
12:34 07.06.2024
Sağlamlıq
594
Xəstəxanaların həftəsonu fəaliyyəti vətəndaşları qane etmir. Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə də bununla bağlı paylaşımlara rast gəlinir. Bəs bu iddialar nə dərəcədə doğrudur? Maraqlıdır, bayram və bazar günləri İcbari Tibbi Sığorta üzrə iş prinsipi dövlət xəstəxanalarında necə tənzimlənir? İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, təcili və təxirəsalınmaz hallarda vətəndaşa tibbi xidmət, göndəriş vərəqəsi olmadan, dərhal göstərilir. Təcili hal zamanı pasiyentə dövlət xəstəxanalarında tibbi xidmətin göstərilməsi mümkün olmadıqda vətəndaş qeyri-iş günləri daxil olmaqla göndəriş olmadan Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən istənilən birinə yaxınlaşaraq, tibbi xidmətdən yararlana bilər. Lakin burada bir məqam dəqiqləşdirilməlidir. Əgər vətəndaşa göstəriləcək xidmət İcbari Tibbi Sığorta zərfinə aid deyilsə, bu zaman Agentlik sığorta ödənişindən imtina edir.
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, hər bir həkimə icbari tibbi sığorta üzrə xəstəyə baxması üçün zaman standartları verilir:

"Bu dünya təcrübəsində də belədir. Lakin bu qayda xəstələrin kütləvi axını səbəbindən əksər yerlərdə pozulur. Amma istənilən halda randevu sistemi gözlənilməlidir. Bu sistem olmasa, icbari tibbi sığorta normal fəaliyyət göstərə bilməz. Həkimin birdən-birə onlarla pasientə baxma imkanı yoxdur. Bu heç fiziki baxımdan da mümkün deyil. Vətəndaşlar da bunu nəzərə almalıdırlar. Xəstəyə bir həftə sonra müayinə təyin etdikdə o dəqiqə narazılığını ifadə edir. Halbuki, dünyanın başqa ölkələrində xəstə qəbul üçün aylarla gözləməli olur. Hesab edirəm ki, randevu sistemini düzgün qurmaq lazımdır. Həkimin iş saatı standart olaraq qurulur. Ancaq hər həkim normativdən artıq işləyir. Ümumiyyətlə, söhbət təkcə pasientə baxılmasından getmir, bununla yetərincə onlara diqqət edilməsi, doğru diaqnoz qoyulması çox vacibdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə