
AİB sədri: İnsanlar elektron siqaret istifadə etməkdən çəkinməlidir
09:55 07.06.2024
Sağlamlıq
729
Son zamanlar insanların əlində tez-tez balaca bir aparat görürük. Soruşanda elektron siqaret olduğunu deyirlər. Çəkənlərin fikrincə, bu aparat adi siqaretdən ziyansızdır və ondan siqareti tərgitmək üçün istifadə edirlər. Lakin son zamanlar yayılan məlumatlara görə, bu aparatlar heç də təhlükəsiz deyil. Hətta onların insanların əlində partlaması ilə bağlı da məlumatlar var. Bəs, əslində, elektron siqaret nədir? Həqiqətən də, deyildiyi qədər zərərsizdirmi?
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, Beynəlxalq istehlak təşkilatının verdiyi məlumata görə siqareti tərgitmək üçün bazara daxil olmuş “glo” və elektron siqaret deyilən mallar heç də siqareti tərgitməyə kömək etmir:

“Elektron siqaretlər tütün məmulatı olmadığı üçün dünya bazarında rahat şəkildə irəliləyir. Ona görə də nəzarət etmək çətin məsələdir. Çünki nə elektron, nə də ki, tütün məmulatıdır. Bir çox ölkələrdə tütün əleyhinə qəbul edilən qanunlar bunlara aid deyil. Yalançı alim və insanların təbliğatı altında bunlar irəli gedir. Ümumiyyətlə bu hadisələr yol verilməzdir. Ondan yaranan buxar insanlar üçün siqaretdən daha da zərərlidir. Məsləhətim odur ki, insanlar elektron siqaretlərə aldanmasınlar. Həmçinin də Azərbaycanda elektron siqaretlərin qaçaq mal variantı var. Lakin qaçaq mallar daha təhlükəlidir. Çünki onların mənşəyi bəlli deyil. Azad İstehlakçılar Birliyi, qaçaqmal elektron siqaretlərin qarşısını almaq üçün müəyyən yollar axtarır. Hətta illər boyu bunların açıq reklamı və bukletləri yayılıb. İnsanlar həm “glo”, həm də elektron siqaret istifadə etməkdən çəkinməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə