Arı sancması zamanı ilk yardım necə olmalıdır?
03:18 03.06.2023
Sağlamlıq
1212
Sancma boğaz, dil nayihəsindədirsə, nəfəs yolları cərrahi üsulla açılmalıdır
Günəşin istiliyi artdıqca həşəratlar da canlanmağa başlayır. Arılar ekologiya üçün nə qədər faydalı olsa da, onun sancmasından zərər çəkənlər də az deyil. Bəzən arı sancması antifilaktik şok, boğulma, hətta ölümlə nəticələnə bilər.
Həkim-terapevt İsmayıl Əfəndiyev bununla əlaqədar deyib: “İlk yardım kimi antihistamin preparatlardan istifadə edilməsi məsləhətdir. Adrenalin vurmaqla həmin reaksiyanın qarşısını almaq olar. Ağrı çox narahat edirsə, zərərçəkənə hər hansı ağrıkəsici preparat vermək olar. Uşaqlara hərarətsalan preparatlardan birini vermək məqbuldur. Həmin preparatlar, həmçinin ağrıkəsici kimi də istifadə olunur. Arının sancdığı yerdən zəhəri yüksək təzyiqlə sormaq üçün xüsusi cihaz var, dərhal ondan istifadə etməklə zəhəri çıxarmaq mümkündür. Lakin çalışıb bunu ilk dəqiqələrdən etmək lazımdır”.
Arı sancması boğaz, dil nayihəsindədirsə, nəfəs yolları cərrahi üsulla açılmalıdır. Həkim-terapevtin dediyinə görə, həşərat sancması zamanı xalq təbabətindən uzaq durmaq lazımdır: “Ən sadə üsul ondan ibarətdir ki, arı sancan yeri hansısa dezinfeksiyaedici maddə ilə, məsələn, spirt və ya araqla silmək və həmin nahiyəyə hipertonik duz məhlulu qoymaq lazımdır. Yəni isti suya çoxlu miqdarda xörək duzu qatılır və yerinə sarğı qoyulur. Arı sancan yeri kəsərək ora sarımsaq, qatıq və jqut qoymaq məsləhət görülmür”.
Toksinləri bədəndən xaric etmək üçün dərinin altında qalan arı iynəsini 30 saniyə ərzində çıxarmaq lazımdır. İynə bədəndə uzun müddət qalarsa, zəhər daha çox yayılır. Arının sancdığı yer soyuq su və ya sabunla yuyulmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya