“Azərbaycanda “Meymun çiçəyi” virusu olub” - Həkim-infeksionist
Yusif Nəzərli
13:16 20.05.2022
Sağlamlıq
1057
Avropa ölkələrində son vaxtlar kütləvi şəkildə yayılan “Meymun çiçəyi” virusuna yoluxma halları Azərbaycanda da cəmiyyət arasında təşvişə səbəb olub. Mövzuya aydınlıq gətirmək üçün bildirim ki, bu xəstəlik suçiçəyi infeksion xəstəliyinə bənzəyir.
Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “Meymun çiçəyi” xəstəliyi daha çox Afrikada, xüsusilə də tropik meşələrin yaxınlığında müşahidə edilir:
“Virusun iki ştammı - Qərbi və Mərkəzi Afrika ştammları var. Simptomları isə qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, zəiflik və əzələ ağrısı kimi büruzə verə bilər. Qızdırma azaldıqdan sonra səpkilər əmələ gəlir. Səpkilər ilk olaraq üz nahiyəsindən başlayır və bədənin digər hissələrinə yayılır. Əksər hallarda isə ovuclarda və ayaqlarda daha çox rast gəlinir və çox qaşıntılı olur. Səpkilər sonra yaraya çevrilir və izləri qala bilər. Ona görə də yaranın qaşınması və qopardılması məsləhət görülmür”.
Həkim-infeksionist qeyd edir ki, “Meymun çiçəyi” xəstəliyi yaxın təmas zamanı, tənəffüs yolları vasitəsilə keçə bilər:
“Eyni zamanda virus insandan-insana cinsi əlaqə yolu ilə də ötürülə bilər. Yoluxmuş meymundan, tələdən, siçovuldan da xəstəliyi tutmaq olar. Həmçinin yoluxmuş insanın paltarlarından da bu xəstəlik insana keçə bilər. Xəstəlik adətən yüngül formada keçir, bəzən iki-üç həftə ərzində öz-özlüyündə keçib gedə bilir. Suçiçəyinə çox bənzəyir. Virus aşkarlanan ölkələrdə xəstəlikdən ölüm halları da az qeydə alınıb”.
L.Qalimova ölkə vətəndaşlara müraciət edərək ölkədə bu virusun olmadığını qeyd edib:
“Xəstəliyin ölkəmizdə aşkarlanmaması üçün kifayət qədər tədbirlər görülür. Vətəndaşlara isə bildirmək istərdim ki, sadalanan əlamətləri özündə hiss edənlər dərhal həkimə müraciət etsinlər. Onu da qeyd edim ki, suçiçəyi xəstəliyinə qarşı istifadə olunan peyvəndin “Meymun çiçəyi”nə qarşı qorunmaq effektliyi yüksək faiz dərəcəsi ilə sübut edilib”.
Həkim-infeksionist Kəmalə Hüseynova da Oxu.Az-a açıqlamasında qeyd edib ki, “Meymun çiçəyi” xəstəliyi suçiçəyi xəstəliyi ilə bənzərlik təşkil edir:
“Bizdə daha əvvəllər belə faktlar olub. “Meymun çiçəyi”nə yoluxurlar, amma suçiçəyinə oxşayır. Xəstəliklərin fərqi odur ki, “Meymun çiçəyi” zamanı uşaqlarda əlin içərisində, ayaqlarının altında səpkilər olur. İnfeksion xəstəlik kimi gedişatı suçiçəyinə oxşadığı üçün bir çox həkimlər əvvəllər diaqnoz qoyanda çoxuna suçiçəyi diaqnozu qoyurdular”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda dağıdıcı zəlzələ qorxusu əsassızdır - Seysmoloq
20:22 13.06.2026
Hadisə
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
19:52 13.06.2026
Futbol
AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək
19:31 13.06.2026
Gündəm
Elon Mask tarixdə ilk dollar trilyoneri oldu
18:53 13.06.2026
Maraqlı
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
18:35 13.06.2026
Dünya
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
18:15 13.06.2026
Gündəm
Sülh görünür, amma müharibə ehtimalı bitməyib - ŞƏRH
17:50 13.06.2026
Gündəm
İsrail Livana yeni zərbələr endirib
16:21 13.06.2026
Dünya
Ukrayna bir gündə Rusiya ilə münaqişə zonasında 450 hərbçi itirib
15:58 13.06.2026
Dünya
Madyar Orban hökumətini “ən böyük yalan”da ittiham etdi
15:40 13.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı
15:04 13.06.2026
Hadisə
Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək
14:58 13.06.2026
Gündəm
Bakıda Şimali Kipr Mədəniyyət Günü keçirilir
14:48 13.06.2026
Gündəm