Azərbaycanın hazırlayacağı vaksinə dair müzakirə:““Sputnik” və “Coronavac” tipli...”
Fidan Həmişəyeva
12:50 31.08.2021
Sağlamlıq
642
Adil Qeybulla:“Peyvəndin effektivliyini isə sonradan görəcəyik, təki istehsal olunub ortaya çıxsın”
Sərdar Cəlaloğlu: “Bu peyvənd uyğun texnologiya üzrə hazırlansa, effektiv ola bilər”
Bu günlərdə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı Azərbaycanda ilk dəfə vaksin yaradılmasına başlanıldığını açıqlayıb. O, qeyd edib ki, uzun illərdən sonra ilk dəfə ölkəmizdə COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimyaterapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib.
Tibb elmləri doktoru, professor-həkim Adil Qeybulla “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanın hazırlayacağı vaksinlər “Sputnik” və “Coronavac” tipli peyvənddir:
“Yəni innoaktivasiya olunmuş peyvəndlərdir. İstənilən dərman preparatında olduğu kimi peyvəndin hazırlanması üçün də bir neçə parametrlər nəzərə alınmalıdır. Birincisi, təhlükəsizlik parametri, ikincisi, effektiv olması, üçüncüsü isə yan təsirlərin az olmasıdır. Azərbaycan istehsalı olan vaksinlərin təhlükəsizlik və effektivlik kriteriyalarına nə dərəcədə cavab verəcəyi müəyyən çalışmalarla əldə olunmalıdır. Məsələn, bu çalışmalardan effektiv çıxan 4 vaksin hazırda ÜST-nın reyestrinə daxil olub. Onlardan ən məhşur alman vaksinidir və effektiv sayılır. Hələlik isə digər vaksinlərlə bağlı dəqiq fikir söyləmək olmaz. Məsələn, Qazaxıstanın vaksini də kifayət qədər effektivdir və “Sinovac” qədər keyfiyyətlidir. Hesab edirəm ki, Azərbaycanın vaksin istehsalında iştirakı pandemiya ilə mübarizə işinə bir töhfədir. Peyvəndin effektivliyini isə sonradan görəcəyik, təki istehsal olunub ortaya çıxsın. Ölkəmizin adının bu prosesdə hallanması da böyük hadisədir”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlunun fikrincə, Azərbaycanın istehsal etdiyi peyvənd uyğun texnologiya üzrə hazırlansa, əlbəttə ki, effektiv ola bilər:
“Lakin dəqiq bilmirəm, ölkəmizdəki texnologiya nə dərəcədə imkan verir ki, belə bir ciddi dərman vasitəsi hazırlayaq bilək. Çünki bu işin görülməsi üçün xüsusi şərtlər var. Ancaq texnologiya imkan verirsə, təbii ki, milyonlarla dollar pul verib digər ölkələrdən vaksin almaq düzgün olmazdı. Onsuz da xəstəliyin nə zaman qurtaracağı bəlli deyil. Azərbaycanın Türkiyə ilə bir yerdə birləşib vaksin istehsal etməsi də yaxşı variant ola bilər. Amma bu vaksinlərin nə dərəcədə effektiv olacağını dəqiq demək hələ tezdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm