
Bu aylarda məktəbli uşaqlar alça yeməməlidir
Yusif Nəzərli
04:34 20.04.2023
Sağlamlıq
818
Mövsümdən əvvəl yetişsin deyə meyvələrə dərman vurulur və yuyulmadan yeyiləndə zəhərlənməyə səbəb olur
Məktəblərdə ard-arda şagirdlərin zəhərlənməsi valideynlərdə ciddi narahatlığa səbəb olub. Dünən Binə qəsəbəsi 149 saylı orta məktəbdə 15 şagirdin zəhərlənməsi xəbəri bu narahatlığı bir qədər də artırıb.
149 saylı məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Nəriman Məmmədzadə "Sputnik Azərbaycan"a açıqlamasında bildirib ki, zəhərlənməyə səbəb məktəb bufetində satılan qidalar olmayıb: "Şagirlərdə narahatlıq qəbul etdikləri qida ilə bağlı olmayıb. Sinifdə 15-ə yaxın şagirddə ürəkbulanma müşahidə olunmuşdu. Şagirdlər də bildirdilər ki, onlar alça yeyib, üstündən su içiblər. Çox güman ki, mədələrində yaranmış narahatlıq da bununla bağlı olub. Hazırda şagirdlər dərsdədirlər, onların səhhətində heç bir problem yoxdur".
Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə bildirib ki, şagirdlərin qidadan zəhərləndiyi təsdiqlənməyib: "Şagirdlər özlərini narahat hiss etsələr də, onların hər hansı qidadan zəhərləndiyi öz təsdiqini tapmayıb. Ümumiyyətlə, səhhətlərində yaranmış problem ciddi olmayıb. Özlərini narahat hiss etdiklərini dedikdən sonra Kliniki Tibbi Mərkəzin təcili yardım şöbəsinə gətiriliblər. Şagirdlərdə səbəbi dəqiqləşdirilməmiş yüngül zəhərlənmə diaqnozu qoyulub. Onlar bildiriblər ki, idman zalında məşq etdikdən sonra su içiblər. Ola bilər ki, bədənləri tərləyib soyuyub, ardınca su içdikləri üçün mədədə narahatlıq yaranıb, ürəkbulanma baş verib. Şagirdlərə ambulator şəkildə köməklik göstərildi, müayinədən sonra hamısı evə buraxıldı".
Qeyd edək ki, məktəbdən və klinikadan şagirdlərin qidadan zəhərlənmədiyini bildirsələr də, artıq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu gün məktəbdə yoxlamalara başlayıb. Agentlikdən bildirdilər ki, hazırda nümayəndələr hadisənin qeydə alındığı məktəbdədirlər. Yoxlamaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə uşaqların zəhərlənməsi hadisəsi baş vermişdi.

Qida məsələləri üzrə ekspert Ağa Salamov isə “Şərq”ə açıqlamasında deyib ki, uşaqların zəhərlənməsi ilə bağlı çox fərqli açıqlamalar yayıldı:
“Əvvəl uşaqların qidadan yox, havadan zəhərləndiyinə dair məlumat yayıldı. Daha sonra isə həkimlərin verdiyi açıqlamada uşaqların alçadan zəhərləndiyi ehtimalı irəli sürüldü. Digər bir məlumatda isə mənşəyi məlum olmayan qidadan zəhərləndikləri qeyd olunub.
Sözsüz ki, uşaqların alçadan zəhərlənməsi inandırıcı faktdır. Çünki indi alçanın mövsümi deyil. Amma bu, məktəb rəhbərliyini məsuliyyətdən azad etmir. Bu aylarda məktəbli uşaqlara alça yedirtmək düzgün deyil. Əgər uşaqlardan hansısa alçanı özü alıb aparıbsa, məktəb rəhbərliyi onu içəri keçirtməyə icazə verməməli idi.
Yəqin ki, yumadan yedikləri üçün kimyəvi zəhərlənmə baş verib. Çünki mövsümdən əvvəl yetişsin deyə meyvələrə dərman vurulur və yuyulmadan yeyiləndə kimyəvi zəhərlənməyə səbəb olur. Yox, əgər zəhərlənməyə səbəb mənşəyi məlum olmayan qidalardısa, burada artıq onların bufetdə yedikləri yeməyin keyfiyyətsiz olduğu müəyyən olunur. Hər iki halda məktəb rəhbərliyi məsuliyyət daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya