
Bütün dünya yeni bir pandemiyaya hazırlaşmalıdır -XƏBƏRDARLIQ
Bütün dünya yeni bir pandemiyaya hazırlaşmalıdır -XƏBƏRDARLIQ
08:26 16.01.2024
Sağlamlıq
511
Bəşəriyyəti güclü “X” xəstəliyi gözləyir
Burada söhbət hansısa məchul, təhlükəli infeksiyaların yayılmasından gedir
COVID pandemiyası başa çatmamış dünyanı yeni virus bürüyə biləcəyinə dair xəbərdarlıqlar edilir. Davosda keçirilən Dünya İqtisadi Forumunda deyilib ki, bəşəriyyəti “X” xəstəliyi gözləyir. Bütün dünya yeni bir pandemiyaya hazırlaşmalıdır.
Bildirilib ki, yeni xəstəlik barədə Dünya İqtisadi Forumunda danışılacaq: “Sirli xəstəlik 2024-cü ilyanvarın 15-dən 19-dək İsveçrə şəhərində baş tutacaq Davos toplantısında gündəmin bir hissəsi olacaq. İclasda səhiyyəni qarşıda duran çoxsaylı problemlərə hazırlamaq üçün lazım olan tədbirlər nəzərdən keçiriləcək”.
Yeni xəstəliklə birbaşa bağlı iclasın yanvarın 17-də keçiriləcəyi də bildirilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı hələ 2018-ci ildə “X” xəstəliyini prioritet xəstəliklər siyahısına salmışdı. ÜST bildirir ki, bu xəstəlik COVID-19-dan 20 dəfə daha çox ölümə səbəb ola bilər.
Professor Adil Qeybulla isə “Sherg.az”a açıqlamasında deyib ki, növbəti illərdə yoluxucu xəstəliklərin, infeksiyaların yayılması və onların pandemiya, epidemiya halını alması gözləniləndir:
“Hələ 2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı mümkün olan təhlükəli infeksiyaların yayılma riski haqqında hesabat yaymışdı. Hətta o hesabatda insan sağlamlığını təhdid edən 10 amildən biri kimi qrip virusunun adı qeyd edilmişdi. Virusların fəallaşması qlobal istiləşmə, iqlim dəyişikliklərinə bağlıdır. Bu təlatümlər insanların immun sistemində müxtəlif dəyişikliklərə səbəb olur”.

2019-cu ildə yayılan COVID-19 pandemiyasını xatırladan A.Qeybulla bu infeksiyanın heç ÜST-nin nəzərində olmadığını deyib. Həkimin sözlərinə görə, gözlənilən “X” xəstəliyi konkret bir virusu ehtiva etmir. Burada söhbət hansısa məchul, təhlükəli infeksiyaların yayılmasından gedir. Qripin yeni, öldürücü ştammlarından birinin meydana gəlməsi və pandemiya törətməsi də mümkündür. Məsələn, “ispan qripi”nin mutasiyası. Bu, qarşıda gözlənilən bir proqnozdur və nə vaxtsa baş verəcək:
"Eyni zamanda digər təhlükəli infeksiyaların hemorragik qızdırma, sarı qızdırma, denq qızdırması, təbii çiçək, taun, vəba və s. kimi infeksiyalarının mutasiyaya uğramış formalarının peyda olma riski hər zaman aktualdır. ÜST də xəbərdarlığında bunu nəzərə çatdırır ki, bu təhlükəli virus infeksiyalarından hansınınsa pandemiyası ortaya çıxsa, profilaktika olaraq hansı addımlar atılmalı, virus necə lokallaşdırılmalıdır. COVID-19 pandemiyası göstərdi ki, dövlətlərarası assosiativ əlaqələr bu istiqamətdə yetərincə hazırlıqlı deyil. ÜST də zamanında bu problemləri qabaqlaya bilmədiyi üçün koronavirus bütün dünyanı cənginə aldı. İndi isə hər hansı bir virus yayılacağı halda bəşəriyyatı xilas etməyin yollarını axtarırlar ki, eyni səhvlər təkrarlanmasın”.
Professorun sözlərinə görə, tibb elminin inkişaf etməsi, yeni dərman preparatlarının yaradılması, gigiyena qaydalarına əməl edilməsi, o cümlədən dezinfeksiyaedici məhlullar pandemiyanın qarşısını nisbətən alır. Lakin pandemiyanın əmələ gəlməsini və sürətlənməsini şərtləndirən amillərdən biri həmçinin dövlətlərarası səyahətlərdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail 70 fələstinlini saxladı - Səbəb
20:27 25.07.2026
Dünya
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə