Can üstə olan atı yaşatdı
Yusif Nəzərli
08:52 06.08.2022
Sağlamlıq
657
Mehmet baytar həkimlərin bacarmadığı əməliyyatı özü icra edib
Kastamonunun Daday bölgəsində atçılıq təsərrüfatının sahibi Mehmet Kılıç baytar həkimlərin bacarmadığı əməliyyatı özü icra edib. “NTV.com.tr” də yer alan məlumatda bildirilir ki, təsərrüfatdakı atlardan biri – Alqız adlı at qəza keçirib, boynunda dərin kəsik əmələ gəlib. Atın boynundan qan axdığını, damarın zədələndiyini görən Mehmet Kılıç əyalətdəki baytarlara təcili müraciət edib. Biri “vaxtım yoxdu”, digəri “onsuz da öləcək, uğraşmağa dəyməz”, söyləyib. Həkimlərdən kömək gəlməyəcəyini anlayan Mehmet Kılıç özü atı müalicə edəcəyinə qərar verib. Atın boynundakı kəsik yerə əvvəlcə serum şlanqı keçirib. Lakin damarların getdikcə şişdiyini görüb. Bu vəziyyətdə yenə də atı xilas etməkdən vaz keçməyib və bu dəfə bağçanı sulamaq üçün istifadə etdiyi su şlanqından 25 santimetr kəsərək kəsik damarların çıxıntısını onunla birləşdirib və möhkəm sarıyıb. 3 gün at boynunu əyə bilmədiyindən sahibi onu əliylə yedirdib, suyunu vedrəni atın ağzı müqabilinə qaldıraraq içirib. Atına xüsusi qulluq göstərib, təmizləyib. Bir neçə gündən sonra Alqız özünə gəlib. Boynundakı yaranın yeri hələ tam sağalmayıb. Bağça şlanqı hələ də atın boynunda görünür. M.Kılıc deyib ki, Alqız şahə qalxarkən boyun damarını axur damının iti bucağı kəsib. Atın qan içində olduğunu görüb, özünü itirməyib və atının həyatını 25 santimetrlik bağça şlanqı ilə xilas edib. M.Kılıç təsərrüfatında 10 atının, 1 lamanın olduğunu deyib, lakin bildirib ki, Alqızın yeri başqadır. Alqız 11 yaşındadır. 9 ildir M.Kılıçın təsərrüfatındadır. M.Kılıç Alqızın saf ərəb cinsi olduğunu, bölgəyə gələn turistlər üçün onunla safari gəzintisi təşkil etdiyini deyib: “Mənim üçün əsas odur ki, Alqız sağdır, gözümün önündə gəzir...”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm