Deputat dərman satan şirkətləri tənqid etdi
Yusif Nəzərli
08:08 11.04.2023
Sağlamlıq
464
"Azərbaycandakı alman apteklərində qiymətlər hətta Almaniyanın özündən 20 dəfə bahadır".
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, apteklərdə satılan bəzi dərmanların içərisindəki həblərin sayında fərqlər olur: "Bununla da dərman satışı ilə məşğul olanlar gəlir etmək mənafeyi güdmüş olur. Hətta bu gün ölkədə fəaliyyət göstərən alman apteklərində qiymətlər Almaniyanın özündən 20 dəfə bahadır. Başa düşürəm, müəyyən xərclər var. Amma 5 avroya olan dərmanı burada 150-170 manata satmaq insafdan deyil. Bunun da həddi olmalıdır. Bu gün insanlar aptekə sağlamlıqları üçün ehtiyacdan üz tutur. İnsanlar aptekə vaxt keçirmək və ya qidalanmaqdan, yaxud da ad günü keçirmək üçün gəlmirlər. Sağlamlıq problemi olan insanlar əlavə qiymətlə də yüklənməli deyillər”.
S.Novruzov bildirib ki, ölkəyə dərman gətirən, satan və yoxlayanlar ayrı olmaldır: “Bizdə isə bu üç işi eyni adam həyata keçirir. Nəticə də göz qabağındadır. Məndə olan məlumata görə, dərman istehsalı ilə məşğul olan bəzi zavodlar həyati vacib olan dərmanların tərkibinə qatılması lazım olan hissəni qiymətə görə əlavə etmirlər. Sifarişçi deyir ki, əsas qiyməti aşağı et, onsuz da bilinməyəcək”.
Deputat həmçinin gömrükdə vətəndaşların öz istifadəsi üçün gətirdiyi dərmanlarla bağlı da problem yaşandığını vurğulayıb: “Buna da maneçilik törədilir. Axı həmin dərmanlar satış üçün gətirilmir. Burada niyə porblem yaradılmalıdır?!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Starmerdən "Apple" və "Google" şirkətlərinə tələb
20:25 08.06.2026
Texnologiya
Kılıçdaroğlu və həyat yoldaşına təhdid edən şəxs həbs olundu
20:15 08.06.2026
Gündəm
Almaniya kansleri: Ermənistan xalqı açıq şəkildə sülhü seçib
20:08 08.06.2026
Dünya
Netanyahu: İranın nüvə silahı əldə etməyəcəyinə söz verirəm
20:00 08.06.2026
Dünya
Paşinyanın qələbəsi hələ tam siyasi sabitlik demək deyil - ANALİZ
19:59 08.06.2026
Gündəm
"Fiorentina"nın yeni baş məşqçisi bilinib
19:40 08.06.2026
Futbol
Ərdoğan Delsi Rodrigez ilə görüşüb
19:23 08.06.2026
Dünya
Əsmər Əliyeva vəzifəsindən azad olundu
19:12 08.06.2026
Cəmiyyət
Türkiyə, Azərbaycan və Gürcüstan sülh çağırışı etdi
19:02 08.06.2026
Gündəm
Trampı canlandıran aktyor: “O çılğın adamdan qorxuram”
18:54 08.06.2026
Dünya
5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik - Tural Abbaslı
18:49 08.06.2026
Gündəm
Azərbaycan nəqliyyatında yeni mərhələ başladı - İZAH
18:01 08.06.2026
İnfrastruktur