
“Dərmanları ölkəmizin daxilində istehsal etməliyik”
“Dərmanları ölkəmizin daxilində istehsal etməliyik”
Yusif Nəzərli
12:55 18.11.2022
Sağlamlıq
818
Milli Məclisin iclasında 2023-cü ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dərman vasitələrinə diqqət çəkib. O bildirib ki,Azərbaycanda əhali arasında dərman vasitələri ilə bağlı böyük narahatlıqlar var”.

Ə.Əmiraslanov qeyd edib ki, Azərbaycan hökuməti dərman vasitələri ilə bağlı yeni proqram hazırlayır.
Məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a bildirib ki, dərman təhlükəsizliyi milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır:
“Ona görə də proqramın əsas qayəsi, bu prinsipi nəzərə almalıdır. Digər tərəfdən Azərbaycanda dərmanın idxalı və gələcəkdə daxili istehsala keçməsi ilə bağlı məsələlər də qanunda öz əksini tapmalıdır. Dərmanların ölkəyə idxalının fasiləsiz davamı üçün də məqam var. Çünki dünya dəyişir. Rusiya-Ukrayna müharibəsi isə bizim tibbi ləvazimatlar aldığımız ölkələrin dərman sənayesinə xeyli zərbə vurub. Azərbaycanda işlək dərmanların defisiti yaranıb. Bunların olmaması üçün isə əməkdaşlıq etdiyimiz dövlətlərin həm resursu olmalıdır, həm də lazım olsa başqa mənbələrə keçməliyik. Burada qardaş Türkiyə yaxındadır və onunla əməkdaşlıq intensivləşməlidir. Düzdür, əvvəllər ruslar bu əlaqələrin qurulmasına maneəçilik törədirdilər.
Amma indi bizə geniş imkanlar yaranıb və bundan yararlanmalıyıq. Ümumiyyətlə, tədricən daxili istehsala keçməliyik. Yəni dünyanın aparıcı şirkətləri ilə müştərək firmalar quraraq, ölkənin bütün imkanlarını səfərbər edib dərmanları ölkəmizin daxilində istehsal etməliyik. Biz ilk formada dərman preparatlarını başqa ölkədən alıb burada qablaşdıra bilərik. Bu məsələ mərhələli şəkildə həyata keçirilməlidir. Bununla da dərman maddələri xeyli əlçatan olar və daxili istehsalımız formalaşar.
O ki, qaldı dərmanların ümumi qiyməti məsələsinə. Hesab edirəm ki, icbari tibbi sığorta çərçivəsində tədbiq olunan preparatlar pulsuz verilməlidir. Ambulator yazılan dərman maddələrində isə müəyyən datasiya tədbiq edilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm