Dünya aclıq içində, bizsə vaxtı keçmiş qidaları yandırırıq – NİYƏ?
Yusif Nəzərli
13:38 30.03.2023
Sağlamlıq
600
“Niyə bu qədər məhsulları ziyan edirlər? Hansı haqla? nəyə görə bu qədər məhsulun vaxtı keçməlidir?”
İstehlaka yararsız 19 tondan çox qida məhsulu məhv edilib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, “Sun Food” MMC-nin agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 19,67 ton olan müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Vəziyyətlə bağlı “Sherg.az “ a danışan Qida təhlükəsizliyi üzrə ekspert Ağa Salamov bildirib ki, bu böyük bir israfçılıq deməkdir. Onun sözlərinə görə, müəssisələrə vaxtı keçmiş məhsullara əsasən bir başa cərimələr tətbiq olunmalıdır:
“Bu, tək qida israfçılığı deyil, insan əməyinin israfçılığıda hesab edilir. Çünki qidaların ərisəyə gəlməsində insan əməyinin böyük rolu var. Eyni zamanda bu hal maliyyə zərəri yaradır. Ortaya çıxan digər ziyan isə nəqliyyat xərcləridir. Bu qidaların saxlanılması üçün olan enerji itkiləri də hesablanmalıdır. Belə zərərlər yaradan müəssisələrə mütləq sürrətdə cəza verilməlidir. Yaranan vəziyyət yolverilməz məqamlardan biridir. Dünya aclıq və susuzluqla üz-üzəykən belə bir israfçılıq düzgün deyil. Niyə bu qədər məhsulları ziyan edirlər? Hansı haqla? nəyə görə bu qədər məhsulun vaxtı keçməlidir? Bu suallara belə cavab verirlər: “Özümüz bilərik, bazar iqtisadiyyatıdır və işbazıq”. Cavab ancaq bundan ibarətdir. Çünki onlara geniş imkanlar yaradılıb. Lakin bu o demək deyil ki, israf etməyə haqları var. Dünya israfçılığa qarşı mübarizə aparır . Bizdə isə vaxtı keçmiş qidaları məhv edirlər. Bununla bağlı bir proqram hazırlanmalıdır. Azərbaycanda belə bir addıma ehtiyac var. “Vaxtı keçib yox edin bitsin” olmalı deyil. Burda məhv olunan məhsulla yanaşı digər ziyanlarda mövcuddur. AQTA reydlər keçirib öyrənməlidir ki, niyə vaxtı keçir və israfçılıq yaranır? Nəzərə alınıb ciddi yanaşılmalı məqamlarda biridir. Normadan artıq qida məhsulları istehsal olunmamalıdır ki, israfçılıq yaranmasın”.
Ekspert sonda onu da qeyd edib ki, israf etmək günahdır. Yaxşı bir gələcək üçün qənaət və diqqət etməyi bacarmalıyıq. İsraf etməklə heç bir uğur əldə edə bilmərik.
Şərqiyyə Nəbi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: ABŞ-İran münaqişəsinin yeganə həll yolu danışıqlardır
15:02 19.08.2026
Gündəm
Televiziyamızın yaşıdı
15:00 19.08.2026
Media
Xarici uçuşlara böyük endirim! Biletlər 29 dollardan başlayır
14:46 19.08.2026
Aktual
“Al-Monitor”: Netanyahu Trampla açıq qarşıdurmaya hazırlaşır
14:37 19.08.2026
Gündəm
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
14:17 19.08.2026
Gündəm
Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib
13:43 19.08.2026
Dünya
Netanyahu “odla oynayır” - yəni Ərdoğanla - ŞƏRH
13:01 19.08.2026
Gündəm
Kira Rudik: Müharibə zamanı seçki keçirsək, Ukrayna parçalanacaq
12:57 19.08.2026
Dünya
Sabah 38 dərəcə isti olacaq
12:49 19.08.2026
Ekologiya
Ən ağrılı məsələ yenə də məktəbli çantalarıdır - Həkim-pediatr
12:47 19.08.2026
Sağlamlıq
Maddi-mədəni irsimizi gələcək nəslə sap-sağlam çatdırmaq üçün…
12:42 19.08.2026
Ölkə
Masazırda 48 yaşlı kişi qətlə yetirilib, arvadı tutulub
12:20 19.08.2026
Hadisə
Rusiya Myanmanın ilk kosmonavtını hazırlayacaq
11:51 19.08.2026
Dünya
Deputatlar Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər
11:17 19.08.2026
Gündəm