
Düzgün qidalanma: Yeməkdən dərhal sonra maye qəbul etmək olmaz -AÇIQLAMA
12:01 27.02.2024
Sağlamlıq
638
Qanda hemoqlobin adlanan zülalın normadan aşağı düşməsi və ya qırmızı qan hüceyrələrinin sayının azalması “anemiya” adlanan vəziyyətlə nəticələnir.
Anemiya bir çox xəstəliyə yol açır, halsızlıq, yorğunluq kimi arzuolunmaz nəticələrə səbəb olur. Prof. Dr. Canan Karatay anemiya ilə bağlı xəbərdarlıqlar edib.
O, xüsusilə son zamanlar bir çox insanın yorğunluq, halsızlıq kimi şikayətlərlə üzləşdiyini və bunun əsas səbəbinin qan azlığı ilə bağlı olduğunu bildirib.
Qadınların xüsusilə təhdid altında olduğunu deyən Canan Karatay menstruasiya, əmizdirmə kimi dövrlərdə daha diqqətli olmağı tövsiyə edib.
Onun sözlərinə görə, qidalanma anemiyanı tətikləyən ən vacib məsələlərdəndir:
“Həzm probleminin bir növü olan "qlütenə qarşı dözümsüzlük" anemiyanın əsas səbəblərindən biridir. Qluten dözümsüzlüyü olanlar sağlam qidalansalar belə, qidaların tərkibindəki dəmirdən tam faydalana bilmədikləri üçün daim anemiya və dəmir çatışmazlığı problemi ilə üzləşirlər”.
Anemiyanın ən böyük əlamətinin yorğunluq və daimi yatmaq istəyi olduğunu ifadə edən Karatay, bunun immunitet sistemini zəiflətdiyini və müxtəlif xəstəliklərə qarşı həssas hala gətirdiyini söyləyib. Onun sözlərinə görə, qan azlığının ən mühüm səbəblərindən biri yeməkdən sonra çay içmək vərdişidir. Karatay çayın qidalardakı dəmirin sorulmasına mane olduğunu vurğulayıb.
Azərbaycan xalqının ən sevimli vərdişlərindən birisi yeməkdən dərhal sonra çay içməkdir. Hətta, yemək arasında su qəbul edən insanlar da var. Bəs görəsən, yeməkdən nə qədər sonra maye qəbul etmək daha doğrudur?
Həzm sistemində düzgün qidalanmanın böyük rolu olduğunu deyən tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında qeyd edib ki, düzgün qidalanmanın tərkibinə məhsulun nə zaman qəbul edilməsi aiddir:

"İnsan orqanizmində zülallar, yağlar, karbohidratlar, mikroelementlər daxil olur. Bu qidaların hər birinin mədədə qalma və həzm müddəti müxtəlifdir. Məsələn, ən gec həzm olunan zülallardır. Yəni, zülal dedikdə ət yeməkləri, yumurta nəzərdə tutulur. Bunlar mədədə 35-40 dəqiqə qalır. Mədədə yalnız həzm deyil, sorulma prossesi də gedir. Kabohidratlar mədədə gec həzm olunanlar sırasındadır. Un və un məmulatları, düyü kimi qidalar zülallardan daha tez, 25-30 dəqiqə müddətində həzm olunur. Meyvə-tərəvəzlər də daha tez həzm olunan qidalardır. Buna təxminən 15 dəqiqəyədək vaxt sərf olunur. Qidaların hər birindən istifadə etdikdən sonra bir müddət gözləməliyik ki, mədədən sorulsun. Məhz, bundan sonra maye qəbul edilməsi daha məqsədəuyğundur. Tərkibindən asılı olmayaraq yeməkdən dərhal sonra və yaxud yemək əsnasında çay, su qəbul etmək məsləhət görülmür. Qəbula gələn şəxslərdən 90 faizi köpdən əziyyət çəkir. Bu bəzi xəstəliklərin yaranmasına səbəb olur. Məsələn, mədədə acılıq, turşuluq, qida borusundan mədəyə düşən yerlərdə refleks sindromu, mədənin selikli qişasında qıcıqlanmalar, yaradır. Soyuq qidaların ardından isti və yaxud isti yeməklərdən sonra soyuq mayelər qəbul etmək doğru deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO
14:43 25.07.2026
Hadisə
Rusiyanın PUA hücumu nəticəsində Sumıda 3 nəfər öldü
14:29 25.07.2026
Dünya
Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
14:12 25.07.2026
Gündəm
"ChatGPT"-nin işində fasilələr yarandı
14:09 25.07.2026
Texnologiya
Hökməli qəsəbəsində avtomobil yandı
13:45 25.07.2026
Hadisə