Gün ərzində bir siqaret belə zərərlidir
Yusif Nəzərli
17:54 14.06.2023
Sağlamlıq
831
Tütün tüstüsü ilə nəfəs alanlar da eyni dərəcədə təhlükəyə məruz qalırlar
“Siqaret çəkmək üçün "təhlükəsizlik limiti" yoxdur – gün ərzində bir siqaret belə zərərlidir”. Bu sözləri Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev deyib.
Yandırılmış siqaretin ətrafa yayılan tüstü mənbəyi olduğunu vurğulayan şöbə müdirinin sözlərinə görə, siqaret çəkənlər və tütün tüstüsü ilə nəfəs alanlar eyni dərəcədə təhlükəyə məruz qalırlar: “Tütün tüstüsü ağciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir və ürək-damar xəstəliklərinin inkişafına səbəb olur. Az siqaret çəkmək o demək deyil ki, sağlamlığa zərər dəymir. Elmi cəhətdən sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli zəhərli, 70-i isə xərçəng xəstəliyi yaradan maddələr hesab edilir. Geniş yayılmış və yanlış düşüncədir ki, qəlyan təhlükəsiz tütünçəkmə üsuludur. Qəlyan çəkdikdə insan orqanizmi xərçəng yaradan çoxsaylı maddə qəbul edir və qanda dəm qazının səviyyəsini son dərəcədə yüksəldir. Qəlyan tüstüsündəki təhlükəli, o cümlədən zəhərli kimyəvi maddələrin olması siqaret çəkən insanlarda olduğu kimi, xəstəliklərin yaranmasına səbəb olur. Mentol və nanə ətirli siqaretlər adi siqaretlər qədər zərərlidir, onlar da ciddi xəstəlik və vaxtından əvvəl ölüm riskini artırır”.
T.Musayevin sözlərinə görə, qlobal tütün marketinqi yeni məhsulların, o cümlədən elektron siqaret və qızdırılma nəticəsində istehlak edilən (buxarla) tütün məhsullarının təşviqinə çalışır, onları daha təhlükəsiz və tütünçəkmədən imtina vasitələri kimi qələmə verir: “Lakin tədqiqatlar bu növ məhsulların təhlükəli olduğunu və sağlamlığa ciddi zərər yetirdiyi hallarının artmasını qeydə alır. Hazırkı tendensiyalar göstərir ki, bəzən hətta heç vaxt çəkməyənlər belə bu məhsulların istifadəsinə başlayır, sonra asanlıqla siqaret və digər tütün məmulatlarına keçir”.
Şöbə müdirinin sözlərinə görə, əhalinin tütünə qarşı mübarizə məsələləri üzrə məlumatlandırılması olduqca vacibdir. Ona görə də bu sahədə əhalinin məlumatlılığının artırılması tütün istehlakı normalarının dəyişdirilməsi üçün zəruridir: “Maarifləndirmə, məlumatın ötürülməsi, sağlam həyat tərzinin təbliği, tütündən istifadə və tütün tüstüsünün zərərli təsirinə dair əhalinin məlumatlandırılması sağlam həyat tərzinə keçid vasitələrindən biridir. Qeyd etmək istəyirəm ki, əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində müxtəlif Dövlət Proqramları çərçivəsində Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən geniş tədbirlər və fəaliyyətlər görülür. Bu iş sektorlararası əməkdaşlıq prinsipi ilə həyata keçirilir, müasir texnologiyalardan və sosial şəbəkələrdən istifadə etməklə təşkil olunur və ictimaiyyət tərəfindən geniş dəstəklənir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya