“Halal” kolbasaların tərkibi məlum deyil
Yusif Nəzərli
09:28 12.04.2023
Sağlamlıq
682
Razi Nurullayev: “Cəza varmı, açıqlama varmı, hansı tədbirlər görülür və görüləcək, bilmək istəyirik”
“Qidanın keyfiyyətsiz və tərkibinin təhlükəli olması vətəndaşların həyatını zəhərləyir və onlar olan-qalanlarını da keyfiyyətli, keyfiyyətsiz apteklərdə xərcləməli olurlar”. Bunu Parlamentin dünənki iclasında millət vəkili Razi Nurullayev deyib. Deputat kolbasa məhsullarında olan neqativ hallara toxunub: "Bu yaxınlarda Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyi məlumat yaydı ki, “halal” əmtəə nişanı adı altında kolbasa məhsulları istehsal edən şirkətlərin kolbasalarının bəzisində heç ətdən əsər-əlamət yoxdur. O şirkətlərin də adları hamımıza məlumdur. Bu, nə biabırçılıqdır törədirlər? Ölkə dərəbəylikdirmi, yoxsa özbaşınalıqdırmı? Ət adı altında onlar nə satırlar? Belə də zülm, günah, imansızlıq olarmı? İnsanlar “halal” deyib kolbasa alır və məlum olur ki, o, nəinki halal deyil, heç tərkibi məlum deyil. Bu, həm də pis əməldir. Hərdən adamın ayda-ildə bir dəfə ürəyi istəyir ki, kolbasa, sosiska yesin. Daha onlara yaxın düşmək olarmı? Cəza varmı, açıqlama varmı, hansı tədbirlər görülür və görüləcək, bilmək istəyirik. Mən özüm də bu barədə ayrıca bir araşdırma aparıram. Çünki bu cür saxtakarlıq və imansızlıq ölkəmizin adına ləkə gətirir, düşmən ölkələr bundan bizim dövlətimizə qarşı istifadə edir. Kim ki, məşğul olduğu sahədə dövlət adına ləkə və utanc gətirirsə, mütləq cəzasının da olacağını görməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya