Həkimdən sos:“Yoluxanların 99 faizində “Delta” ştammı var”
Fidan Həmişəyeva
12:46 07.09.2021
Sağlamlıq
646
Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndi vurulacaq. Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkəmizdə 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.Yeniyetmələrə peyvənd vurdurmaq üçün valideynlərin razılığı tələb olunacaq. Bu barədə Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi qərar qəbul edib. Qərara əsasən, 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.
Dövlətimiz vaksinasiya prosesində digər ölkələrin təcrübələrindən yararlandığını bildirən həkim-allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a söyləyib ki, 16-18 yaşlı yeniyetmələrə vaksin vurulması yerində olan bir qərardır:
“Mütəxəssislərin fikrincə, hazırda tüğyan edən koronavirus dalğası ayın 15-dən sonra enəcək. Bütün bunlara baxmayaraq, bugünkü dalğanın araşdırmaları göstərir ki, boğaz və burundan götürülən yaxma nümunələrində COVİD-19 təsdiqlənir, hansısa ştammlar yox.
Digər ştammlar xəstəxanada yatan pasiyentlərdən götürülən qan nümunələrinə əsasən yoxlamadan keçir.
Ölkəmizdə araşdırma aparıldıqda meydana çıxdı ki, yoluxanların 99 faizində “Delta” ştammı var. Bu ştamm uşaqlar və yeniyetmələr üçün də təhlükəlidir. Ona görə də Azərbaycanda yeniyetmələr arasında vaksinasiya prosesinə başlanıldı. Hətta Amerikada 16 yaşdan kiçik uşaqlara da vaksinlərin vurulması planlaşdırılır.
Türkiyə və Rusiya kimi dövlətlərin təcrübəsini nəzərə alaraq, qabaqlayıcı tədbirlərdən biri kimi yeniyetmələrin vaksin olunması həyata keçiriləcək. Bu, müsbət addımdır. Çünki bu yaşda olan xəstələr arasında da ağırlaşmalar müşahidə olunub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət