Həkimlər əlini körpədən üzmüşdü
Yusif Nəzərli
21:18 12.04.2023
Sağlamlıq
505
Bir səndviçi 2 ilə ancaq yeyib bitirə bildi
Dünyaya gəldi, həkimlər “yeriyə bilməyəcək, müstəqil hərəkət edə bilməyəcək”, dedi. Körpə maqnit rezonans aparatında müayinə olunduqda valideynləri şoka düşüb. Məlum olub ki, körpə yalnız 2 faiz beyinlə doğulub. Bununla belə valideynləri ondan ümidini kəsməyib. Noah adı verilən körpənin inanılmaz həyat hekayəsini “Milliyet.com” təqdim edib. Körpə İngiltərənin Cumbria bölgəsində, nadir rastlanan xəstəlik – hidrosefali ilə anadan olub. Həkimlər körpənin qısa müddət yaşayacağını, danışa, addımlaya, hərəkət edə bilməyəcəyini söyləyib. Amma hər kəsin “sağ qalmaz, ölər”, dediyi körpə indi 11 yaşındadır və məktəbə gedir, dərslərini oxuyur, sərbəst hərəkət edir. Valideynləri heç vaxt ümidlərini itirməyib. Mütəxəssislərə müraciət edib, körpənin müalicəsini israrla davam etdiriblər. Körpə həkimlərin heyrətinə rəğmən 3 yaşına çatıb. Bu müddətdə olmayan beyninin 80 faizi formalaşıb! Ayağa qalxa bilib, danışmağa başlayıb. Noahın anası 50 yaşındadır və körpəsinin inkişafı barədə bunları deyib:
“11 yaşlı oğlumun ilk dəfə addım atdığını gördüyümdə gözlərimə inanmadım. Möcüzə oğlum, əlini əlil arabasının tutacağına qoyub, yaşıdları kimi dünyanı seyr etdiyində gözləri parlayırdı. Onunla bağlı qorxunc diaqnozlara rəğmən heç vaxt ümidimi üzmədim. Onun bir gün ayağa qalxacağına heç şübhəm olmadı”. Noah hər gün yeni bacarıqları ilə valideynlərini sevindirir. Köynəyini özü geyinir, corablarını yuxarı çəkir. Bizə baxıb gülür, gülüşüylə də “bunları bacarıram”, söyləyir. Anası oğlunun bir səndviçi təkbaşına yeməsinin 2 ilə başa gəldiyini deyib: “Bir səndviçi 2 il yeyib bitirə bildi, amma bunu bacardığı üçün xoşbəxtəm”. Həkimlərsə bu cür beyin anomaliyası ilə doğulmuş körpələrin bəzən gözlənilmədən inkişaf edə biləcəyini, əksinə, normal xüsusiyyətlərlə anadan olanlarda sonradan qüsurlar ortaya çıxa biləcəyini qeyd edir. Mütəxəssislərin fikrincə, hər şey insanın beyin hüceyrələrinin hansı halda olmasından asılıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya